Terrorçuluğu maliyyələşdirmə və cinayətkar birlikdə iştirak etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Terrorçuluğu maliyyələşdirmədə və cinayətkar birlikdə iştirak etmədə təqsirləndirilən Aslan Həsənovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Aslan Həsənov 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
İttihama görə, Aslan Həsənov ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə xarici ölkə ərazisində yaradılmış cinayətkar birliyin üzvü olaraq həmin cinayətkar birliyin dayanıqlı fəaliyyətinin təmin edilməsində və fəaliyyətində iştirak edib, o cümlədən bu birliyin rəhbərlərinin tapşırığı əsasında terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törədib.
Qeyd edək ki, təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 218.2 (cinayətkar birlikdə iştirak etmə) maddəsi ilə ittiham edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 09 Dekabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















