Icma.az
close
up
RU
Terrorizmin təzahür formaları daha da aqressivləşir MÜNASİBƏT BİLDİRİLDİ

Terrorizmin təzahür formaları daha da aqressivləşir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Dünyada terrorçuluğa qarşı mübarizə bu gün ən aktual çağırışlardan biridir. Artan narahatçılıqlar ondan qaynaqlanır ki, terrorçuluğun coğrafiyası getdikcə genişlənir, onun təzahür formaları isə daha da aqressivləşir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, bir çox hallarda görürük ki, ayrı-ayrı siyasi dairələr, hətta bəzi dövlətlər belə terrorizmi bu və ya digər formada dəstəkləyirlər: "Bunun nəticələri isə çox acınacaqlıdır. Əksər hallarda belə bədniyyətli əməllərin qurbanı sadə insanlar olur. Azərbaycanın terrorçuluğa qarşı mübarizə fəaliyyəti sistemli xarakter daşıyır. Aparılan ardıcıl mübarizə həm cəmiyyətimizin iradəsinə, həm də dövlətin güclü siyasi mövqeyinə əsaslanır. Ölkəmiz bu sahədə qlobal çağırışlara fəal töhfə verir. ABŞ-da baş vermiş 11 sentyabr 2001-ci il terror aktından sonra Azərbaycan beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən birinə çevrildi. Bu istiqamətdə beynəlxalq çağırışlara cavab olaraq Azərbaycan öz hava məkanını və hava limanlarını koalisiyanın istifadəsinə açdı.

Azərbaycanın sistemli mübarizəyə sövq edən əsas amillərdən biri də odur ki, ölkəmiz terrorizmdən əziyyət çəkən dövlətlər sırasındadır. Ermənistanın bilavasitə təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə Azərbaycanda törədilmiş minlərlə insan itkisi ilə nəticələnmiş terror aktlarına dair kifayət qədər əsaslı sübutlar mövcuddur. 1980-ci illərin sonlarından etibarən Ermənistan Azərbaycanın ərazilərinə iddialar irəli sürmüş, ölkəmizin ərazi bütövlüyünə qarşı güc tətbiq etmiş və dəfələrlə terror aktları törətmişdir. Təəssüf ki, bu terror aktlarının təşəbbüskarlarının və iştirakçılarının bir çoxu hələ də azadlıqdadır və məsuliyyətə cəlb olunmayıblar.

Mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə bərqərar olmuş sabitlik və əmin-amanlıq, eləcə də terrorçuluğa qarşı həyata keçirilən qətiyyətli tədbirlər Azərbaycanı beynəlxalq arenada həm investisiya, həm də turizm üçün cəlbedici ölkəyə çevirmişdir. Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan bu gün “təhlükəsizlik adası” imicini qazanmışdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Sentyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri