Tərsinə dayanan yol nişanı DYP tərəfindən qaydaya salındı VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sabirabad-Salyan yolunun 2.5 kilometrliyində yerləşən yol nişanı tərsinə çevrilib.
Bu barədə vətəndaşlardan biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Kadrdan da məlum olduğu kimi, yol kənarına quraşdırılmış 1.2 xəbərdarlıq nişanı ("Şlaqbaumsuz dəmiryol keçidi" yol nişanı) tərsinə vəziyyətdədir.
Avtosfer.az-ın məsələylə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməsindən bir saat sonra Sabirabad rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları hadisə yerinə gediblər.
Müayinə zamanı məlum olub ki, küləyin təsiri nəticəsində nişanı saxlayan boltlardan biri açıldığı üçün o tərsinə dayanıb. DYP əməkdaşları nişanı yerinə bərkidərək əvvəlki vəziyyətinə qaytarıblar.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 21 İyun 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















