Tərtərdən Ağdərəyə yol çəkilir VİDEO
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Tərtər-Ağdərə avtomobil yolunun inşasına start verib.
Globalinfo.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, layihə üzrə yolun uzunluğu 24,2 km, torpaq yatağının eni 15 metr olacaq. Yol II texniki dərəcəyə uyğun iki hərəkət zolaqlı inşa edilir. Hazırda yol boyunca deformasiyaya uğramış örtüyün və yol əsasının, bəzi hissələrdə yararsız qruntun çıxarılması, yol yatağının genişləndirilməsi, torpaq yatağının, hamarlayıcı qatın və əsasın alt qatının tikintisi işləri aparılır. Bundan başqa, suların ötürülməsini təmin etmək məqsədilə layihədə nəzərdə tutulan müxtəlif diametrlərə malik suötürücü boru və düzbucaqlı su keçidlərinin inşası da aparılır.
Yolun inşası rahat gediş-gəlişi təmin etməklə yanaşı yolboyu sosial-iqtisadi inkişafa da müsbət təsir göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 05 Noyabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















