Icma.az
close
up
RU
Tesla Çində rəqabət təzyiqləri ilə qarşılaşır

Tesla Çində rəqabət təzyiqləri ilə qarşılaşır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın elektromobil nəhəngi ən iri ikinci bazarını da itirmək təhlükəsi ilə qarşı-qarşıyadır

ABŞ və Avropa bazarlarında satışların azalması fonunda Tesla şirkətinin Çinə olan asılılığı getdikcə artır. Çin təkcə Tesla üçün ikinci ən böyük satış bazarı deyil, həm də onun mühüm istehsal mərkəzidir. Lakin bu günlərdə Çin elektromobil bazarındakı rəqabətin sərtləşməsi Tesla üçün əlavə problemlər yaradıb.

Wall Street Journal nəşrinin məlumatına görə, Çində yerli istehsalçıların – xüsusilə BYD kimi brendlərin – daha münasib və texnoloji cəhətdən rəqabətədavamlı modellər təqdim etməsi Tesla-nın bazardakı payını ciddi şəkildə azaldıb. Rəqəmlər vəziyyətin nə qədər kritik olduğunu göstərir. 2025-ci ilin may ayında Tesla Çində 40 minə yaxın avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% azalma deməkdir. Müvafiq azalmalar Şimali Amerika və Avropa bazarlarında da müşahidə olunur. Bu meyillər Tesla-nın qlobal strategiyasına təzyiq göstərməklə yanaşı, onu yerli nizamlayıcıların artan nəzarəti və tələbləri ilə də üz-üzə qoyur.

Tesla-nın gələcək texnoloji üstünlüyü hesab edilən avtonom sürüş sisteminin (autopilot) Çində tətbiqi də qarşısında ciddi baryerlərlə rastlaşır. Pekin hələ ki bu texnologiyanı tam şəkildə sertifikatlaşdırmayıb. Bu isə Çin şirkətlərinə – məsələn NIO, XPeng və digərlərinə – bu sahədə irəliləmək və bazar payını artırmaq üçün əlavə vaxt qazandırır.

Müşahidəçilər Tesla-nın Çin bazarındakı bu geriləməsini daha geniş kontekstdə qiymətləndirirlər. Bir zamanlar Çində böyük uğur qazanan Motorola və Apple kimi ABŞ texnologiya nəhənglərinin aqibəti indi Tesla üçün də aktual ola bilər. Rəqabətədavamlı texnologiyalar və Pekinin getdikcə daha çox daxili bazara yönələn iqtisadi siyasəti xarici şirkətlərin mövqelərini zəiflədir.

Hazırda Çin təkcə istehsal gücünə görə deyil, həm də istehlakçı prioritetlərinin, qiymət siyasətinin və texnoloji meyarların müəyyən edildiyi qlobal bazar rolunu oynayır. Bu şəraitdə Tesla kimi şirkətlər ya yerli şərtlərə uyğunlaşmalı, ya da bazar paylarını itirmək riski ilə üzləşməlidirlər.

Nəticə etibarilə, Tesla-nın Çindəki vəziyyəti təkcə bir şirkətin çətinliyi deyil, Qərb texnoloji brendlərinin Asiya bazarlarındakı gələcəyi və transformasiyası baxımından da əhəmiyyətli nümunədir. Əgər bu tendensiya davam edərsə, elektromobil sektorunda liderliyin Qərbdən Şərqə keçməsi artıq uzaq perspektiv deyil.

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyul 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri