Icma.az
close
up
RU
Tesla da yenidən məyusluq: Rekord satışlara baxmayaraq gəlirlərdə azalma

Tesla da yenidən məyusluq: Rekord satışlara baxmayaraq gəlirlərdə azalma

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

"Tesla" 2025-ci ilin üçüncü rübünə dair maliyyə nəticələrini açıqlayıb. 

Avtosfer.az xəbər verir ki, şirkət bu dövrdə rekord sayda avtomobil təhvili və gəlir artımı əldə etsə də, mənfəət göstəricilərində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunub.

Avtomobil təhvilləri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7 faiz artaraq 497.099 ədədə çatıb. Xüsusilə populyar "Model 3" sedan və "Model Y" krossover modelləri bu təhvillərin əsas hissəsini təşkil edib. Ümumi gəlir isə illik müqayisədə 12 faiz artaraq 28 milyard dollara yüksəlib.

Lakin bu gəlir artımı mənfəətə eyni şəkildə əks olunmayıb. Şirkətin fəaliyyət xərcləri 50 faiz kimi diqqətçəkən səviyyədə artıb. Nəticədə "Tesla"nın əməliyyat mənfəəti marjası yarıbayarı azalaraq 5,8 faizə enib. Xalis mənfəət isə ötən illə müqayisədə 37 faiz azalıb və 1,4 milyard dollar səviyyəsində qeydə alınıb.

Gəlirdəki artımın mühüm hissəsi şirkətin avtomobil istehsalından kənar bölmələrindən qaynaqlanıb. Batareya və günəş enerjisi seqmenti 2024-cü ilin eyni dövrü ilə müqayisədə 44 faiz artaraq 3,4 milyard dollarlıq gəlir əldə edib. Daha çox rəqib markanın istifadəsinə açılan şarj şəbəkəsini də əhatə edən xidmətlər bölməsi 25 faiz böyüyərək 3,4 milyard dollara çatıb. Avtomobil satışlarından gələn gəlir isə illik 6 faiz artımla 21,2 milyard dollarda qalıb.

Mənfəətdə ardıcıl azalmaya baxmayaraq, "Tesla"nın maliyyə dayaqları sabit qalır. Şirkətin sərbəst pul axını 46 faiz artıb. Sentyabr ayının sonuna olan məlumata görə, pul vəsaiti, onun ekvivalentləri və investisiyaların ümumi həcmi 41,6 milyard dollar təşkil edib. Bu, şirkətin gələcək layihələrini maliyyələşdirmək gücünə malik olduğunu göstərir.

Mənfəətin azalmasına bir neçə paralel amil təsir edib. Ötən il 739 milyon dollar olan tənzimləyici kredit gəlirləri bu dəfə 417 milyon dollara enib. Şirkətin investor məktubunda qeyd olunub ki, ticarət müharibələrinin təsiri ilə avtomobil istehsalının maya dəyəri yüksəlib. Tam Avtomatik Sürmə (FSD) sistemindən əldə edilən gəlirin də bu rübdə az olduğu bildirilib.

Bundan əlavə, direktor İlon Maskın şirkəti sadəcə avtomobil istehsalçısı olmaqdan çıxarıb süni intellekt və elmi-tədqiqat sahələrində öncül mövqeyə daşımaq vizyonu çərçivəsində bu istiqamətlərə ayrılan böyük xərclər də ümumi xərc səviyyəsini artırıb.(valyuta.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Oktyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri