Icma.az
close
up
RU
Təsviri sənətdə öz dəst xətti olan sənətkar Mirzə Cəlil ona nə demişdi?

Təsviri sənətdə öz dəst xətti olan sənətkar Mirzə Cəlil ona nə demişdi?

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

16 dekabr Xalq rəssamı Qəzənfər Xalıqovun doğum günüdür.
Kulis.az bu münasibətlə sənətşünas Əsəd Quliyevin "Təsviri sənətdə öz dəst-xətti olan sənətkar" yazısını təqdim edir.


Xalq rəssamı Qəzənfər Xalıqov Azərbaycan təsviri sənət tarixində iz qoymuş sənətkarlardan biri idi. O, rəngkarlıq və qrafika, həmçinin teatr dekorasiyası və kino rəssamlığı, eləcə də monumental boyakarlıq sahəsində yaddaqalan bədii yaradıcılıq fəaliyyətinə malik olub. Bu il Qəzənfər Xalıqovun anadan olmasının 125 illiyidir.
Çoxşaxəli bədii yaradıcılıq diapazonuna malik olan Q.Xalıqov Bakının Qobu qəsəbəsində anadan olmuşdu. Atası övladını gələcəkdə savadlı görmək istəmişdir. Bu məqsədlə onu "Səadət" məktəbində təhsil almaq üçün Bakı şəhərinə yollamışdı. Q.Xalıqov burada təhsil almış və sonra Azərbaycan Ali Rəssamlıq Məktəbinə daxil olmuşdur. M.Gerasimovdan sənətin sirlərini öyrənmiş və gələcəyin tanınmış rəssamları Rüstəm Mustafayev və Əmir Hacıyevlə tanış olub dostluq etməyə başlamışdır.


Q.Xalıqov Rəssamlıq Məktəbini (1928) bitirdikdən sonra müstəqil rəssamlıq fəaliyyəti ilə məşğul olmağa başlayır. O, dahi yazıçı Cəlil Məmmədquluzadənin dəvəti ilə məşhur "Molla Nəsrəddin" jurnalında karikaturalar dərc etdirir. Rəssam, həmçinin "Gənc işçi", "Yeni yol" qəzetləri, "İnqilab və Mədəniyyət", "Kirpi" jurnalları ilə əməkdaşlıq edir. O, C.Məmmədquluzadə ilə tanışlığı və məşhur jurnalla əməkdaşlığı ilə bağlı yazırdı: "Atam "Molla Nəsrəddin" jurnalına abunəçi idi. Onun hər nömrəsi mənim üçün toy-bayrama çevrilirdi. Birinci növbədə jurnalın böyük satirik qüvvəyə malik olan canlı və cəlbedici şəkillərinə baxmaqdan doymazdım. Deyə bilərəm ki, mənim bir rəssam kimi yetişməyimə də əsas səbəb bu olmuşdur. 1924-1925-ci illərdə mən "Gənc işçi" qəzetində rəssam işləyirdim. Bir gün işə gələndə mənə dedilər ki, səni "Molla Nəsrəddin" jurnalına çağırırlar. Getdim. Çox sıxıldığımı görən Mirzə Cəlil dedi ki, cavan rəssamsan, gəl, bizim jurnalda da qələmini işlət. Dedim ki, sizin jurnalda işləmək üçün kifayət qədər təcrübəm yoxdur. Bunun cavabında Mirzə Cəlil mənə dedi: "Hamı əvvəl təcrübəsiz olur. Heç kəs birdən-birə böyük rəssam olmayıb. Görürsən, bu saat bizim rəssamlarımız azdır. Gərək cavanlardan təzə-təzə rəssamlar yetişsin".

Məşhur bestseller yazıçı vəfat etdi Macar modernist poeziyasının rəmzi - Ona niyə alim-şair deyirdilər? 32 yaşında ilk dəfə filmə baxan, 4 il sonra öz filmini çəkən rejissor

Beləliklə, Mirzə Cəlil məni işə həvəsləndirdi. Bir azdan artıq jurnalın əsas rəssamlarından oldum. Mövzunu özü verirdi. Bir gün qabaq hadisəni nağıl edir, ya da materialı verir, deyirdi oxu, bunun əsasında karikatura çək. Şəkil hazır olanda Mirzə onu diqqətlə nəzərdən keçirir, bəzən də göstərişlər verir, yenidən işlədirdi. Bəli, "Molla Nəsrəddin" mənim gələcək yaradıcılığım üçün böyük bir məktəb oldu, məndə satiraya xüsusi meyl oyatdı" ("Bakı" qəzeti. 27.05.1967).
Q.Xəlilovun uğurlu dəzgah rəngkarlığı nümunələrindən "Qadınlar şöbəsi" (1930), "Firdovsinin dəfni" (1934), "Çoban Cümşüdün portreti" (1937), "Həyat yoldaşının portreti"(1939), "Nizaminin portreti" (1940) və başqa əsərlərini qeyd etmək olar.
Q.Xalıqov mədəniyyət tariximizdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin obrazını yaradan sənətkar kimi əbədi qalacaq. 1939-cu ildə şairin bədii obrazının yaradılması ilə bağlı rəssamlar arasında müsabiqə elan edilir. Müsabiqədə Xalq rəssamı Q.Xalıqovla yanaşı, Xalq rəssamları Kamil Xanlarov, Tağı Tağıyev, Əməkdar incəsənət xadimləri Reyhan Topçubaşova, Mürsəl Nəcəfov və başqaları iştirak etmişdilər.

Müsabiqəyə Azərbaycan rəssamları ilə yanaşı, keçmiş SSRİ məkanının mərkəzi şəhərləri Moskva, Sankt-Peterburq, Tbilisi və başqa yerlərdən 30-a qədər portret təqdim olunmuşdu.


Müsabiqənin birinci mərhələsində iştirak etməyən Q.Xalıqov, buna baxmayaraq, mütəfəkkir şairin dərin bədii əhəmiyyətə malik, dolğun portret cizgilərini yaratmağa müvəffəq olmuşdu. Məşhur şərqşünas və Nizami irsinin araşdırıcısı Yevgeni Bertels bu portret haqqında qeyd edirdi ki, portret şairin tarixi obrazına uyğundur və Nizami belə görünüşə malik ola bilərdi.

Akademiklər - şərqşünas Y.Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı öz elmi məsləhətləri ilə portretin ərsəyə gəlməsində rəssama yaxından kömək etmişdilər. 1940-cı ildə müsabiqənin ikinci mərhələsində bu portret təqdim edilmiş və birinciliyə layiq görülmüşdü. Beləliklə, şairin bundan sonra rəssamlar tərəfindən yaradılacaq bütün obrazlarında rəssam Q.Xalıqovun yaratmış olduğu Nizaminin surəti prototip kimi qəbul edildi.


Q.Xəlilov təsviri sənətin qrafika sahəsində də uğurlu əsərlər müəllifi kimi diqqəti cəlb edir. Onun müstəqil qrafika işləri və kitab qrafikası sahəsində yaratmış olduğu sənət nümunələri özünün peşəkar işlənilmə ustalığı və bədii sənətkarlıq xüsusiyyətləri ilə tamaşaçını valeh edir. Rəssam "Koroğlu" (1943), "Koroğlu at belində" (1944), "Xaqani Şirvani" (1953), "Xaqani zindanda" (1954), "Məhəmməd Füzuli" (1958) və başqa kömür və akvarel texnikasında işlənilmiş qrafik portretləri ilə estetik zövq bəxş edən, yaddaqalan bədii surətlər yaratmışdır.

Q.Xalıqov şair və yazıçılarımızın əsərlərinin süjetləri əsasında illüstrasiyalar çəkmiş və kitabların bədii tərtibatını hazırlamışdı. Rəssamın kitab illüstrasiyaları özünün məna-məzmun dolğunluğu ilə seçilir və müstəqil əsər təəssüratı bağışlayır. Qeyd olunanlara örnək olaraq, rəssamın M.Seyidzadənin "Nərgiz" poemasına (1935), N.Gəncəvinin "Xosrov və Şirin" (1940), "İsgəndərnamə" (1953) poemalarına çəkdiyi illüstrasiyaları və Ş.Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" (1937), Ə.Vahidin "Qəzəllər" (1938), S.Rəhimovun "Aynalı" (1942), A.Şaiqin "Qoçpolad" (1946), S.Vurğunun "İstiqbal təranəsi" (1947) kitablarına verdiyi bədii tərtibatı göstərə bilərik. Rəssam dövrün, zamanın hakim ideologiyasına uyğun çoxsaylı siyasi, təşviqat plakatları və karikaturaları yaratmışdır. Onun "M.P.Vaqif" plakatı daha çox diqqəti cəlb edir.


Q.Xalıqov eyni zamanda teatr dekorasiya və kino rəssamlığı sahəsində çalışaraq, Ü.Hacıbəylinin "Koroğlu" (1938), R.Qlierin "Şahsənəm" (1938) operalarının, həmçinin "Sehrli xalat" (1964), "İstintaq davam edir" (1966) kinoflimlərinin geyim eskizlərini incə bədii rəssam təxəyyülü ilə hazırlamışdı. Rəssamın Nizaminin "Xəmsə"sinin süjetləri əsasında Buzovna Mədəniyyət Evinin foyesində yaratmış olduğu mozaik təsvirlər olduqca lirik notlarla süslənmişdi.
Q.Xalıqovun çoxşaxəli bədii yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Rəssam Əməkdar incəsənət xadimi (1940) və Xalq rəssamı (1973) kimi fəxri adlara layiq görülmüş, orden-medallarla təltif olunmuşdur. Rəssamın əsərləri ölkəmizin ən nüfuzlu muzeylərində qorunub saxlanılır və nümayiş olunur.

Məşhur bestseller yazıçı vəfat etdi Macar modernist poeziyasının rəmzi - Ona niyə alim-şair deyirdilər? 32 yaşında ilk dəfə filmə baxan, 4 il sonra öz filmini çəkən rejissor
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Dekabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri