Icma.az
close
up
RU
Tətil günlərindən sonra sağlam qidalanmaya necə başlamaq olar?

Tətil günlərindən sonra sağlam qidalanmaya necə başlamaq olar?

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Tətil günlərində dadlı yeməklərdən həzz almaq normaldır. Lakin bayramlardan və uzun istirahətlərdən sonra yenidən sağlam qidalanmaya qayıtmaq bir çox insan üçün çətin ola bilər”.

Moderator.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, həddindən artıq yemək, şirniyyat və yağlı qidalarla zəngin günlərdən sonra bədəni balanslaşdırmaq və enerjini bərpa etmək üçün doğru addımlar atmaq vacibdir:

“İlk olaraq, şəkər və ağ un məhsullarını tədricən azaldaraq, yerinə tam taxıllı qidalar və təbii meyvələr daxil etmək lazımdır. Çünki şirniyyat, ağ un qan şəkərini sürətlə yüksəldib-endirərək yorğunluq və aclıq hissini artırır. Bununla yanaşı, bol su içmək də vacibdir.

Tətil zamanı qəbul edilən duzlu və işlənmiş qidalar bədəndə şişkinliyə və susuzluğa səbəb ola bilər. Orqanizmi təmizləmək üçün gün ərzində kifayət qədər su içmək və qazlı, şəkərli içkilərdən uzaq durmaq lazımdır.

Porsiyaları kiçiltmək və yeməyi yavaş yemək də qidalanma rejiminə uyğunlaşmağa kömək edir.

Böyük porsiyalar və sürətli yemək mədənin həddindən artıq yüklənməsinə səbəb olur. Buna görə də qidaları sakit və nəzarətli şəkildə qəbul etmək daha doğrudur. Həmçinin, tərəvəz və liflə zəngin qidalar menyuda çox olmalıdır. Yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar, çia və kətan toxumu kimi lif mənbələri həzm sisteminin daha rahat işləməsinə kömək edir”.

Mütəxəssis-ekspert bildirib ki, protein baxımından zəngin qidalar da sağlam qidalanmaya keçidin əsas hissəsidir:

“Toyuq, balıq, yumurta, qatıq və paxlalılar toxluq hissini uzadaraq maddələr mübadiləsini sürətləndirir. Bununla yanaşı, tətil zamanı artan çay və qəhvə istehlakını azaltmaq da vacibdir. Həddindən artıq kofein bədənin su itirməsinə və yuxu rejiminin pozulmasına səbəb ola bilər. Buna görə də, təzə çay və ya limonlu su içmək daha yaxşı seçimdir. Fiziki aktivliyi artırmaq da sağlam qidalanmaya keçid prosesində mühüm rol oynayır.

Uzun müddət hərəkətsiz qaldıqdan sonra yüngül gəzintilər, yoqa və ya idman məşqləri bədənin balansını bərpa etməyə kömək edir. Bundan əlavə, qidalanma rejimini sabitləşdirmək üçün səhər yeməyini atlamamaq və gün ərzində müntəzəm yemək vərdişi yaratmaq lazımdır”.

E.Məmmədov qeyd edib ki, ən önəmlisi, tətil sonrası özünüzü günahlandırmadan və məcbur etmədən kiçik addımlarla dəyişikliklər etməyə başlamaqdır:

“Məsələn, şirniyyatı meyvə ilə əvəz etmək, daha çox su içmək və porsiyaları azaltmaq kimi sadə vərdişlər sağlam qidalanmaya keçidi daha asan və davamlı edəcək. Əsas məsələ balansı qorumaq və sağlam vərdişləri həyat tərzinə çevirməkdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Mart 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri