Icma.az
close
up
RU
Tətilin sonuncu günü istirahət üçün hara gedək?

Tətilin sonuncu günü istirahət üçün hara gedək?

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabah – 5 yanvar tarixi bayram günlərinə ayrılmış ardıcıl 7 qeyri-iş gününün sonuncu günüdür.

Modern.az bu günü daha məhsuldar keçirmək üçün 5 yanvar gedə biləcəyiniz ən yaxşı yerləri təqdim edir. 


Azərbaycan Milli Xalça Muzeyi  - Ölkənin müasir memarlıq tikililərindən birində yerləşən Azərbaycan Milli Xalça Muzeyi sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanıldığı yer ilə yanaşı, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir. Üç mərətəbədən ibarət olan ekspozisiyanın birinci mərtəbəsini Azərbaycan xalça sənətinin keçdiyi inkişaf yolu təşkil edir. Bu yol xalçanın ən sadə növü olan həsirdən (qamış və ya qarğıdan hörülmüş), texnoloji cəhətdən daha mürəkkəb və mükəmməl formalara (palaz, cecim, kilim, şəddə, ladı, vərni, zili, sumax) aparır. Xalçaçılığın təkamül yolunu izləməkdə sizə video-materiallar kömək edəcək. Monitorlar əyani şəkildə xovsuz xalçanın hər bir növünün hazırlanma texnologiyasını göstərir.

Ekspozisiyanın ikinci mərtəbəsində isə xovlu xalçalar təqdim olunub. Alim və xalçaçı-rəssam Lətif Kərimovun verdiyi təsnifata uyğun olaraq, bu xalçalar qruplara bölünür. Ekspozisiyada Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça qruplarını görmək mümkündür.

Son olaraq üçüncü mərtəbədə Azərbaycan xalça sənətinin XX – XXI əsrin əvvəllərində keçdiyi inkişaf yolu təqdim olunub. Burada “Azərxalça” müəssisəsinin fəaliyyəti, onun xalça sənətinin inkişafındakı xidmətləri işıqlandırılır.

Ekspozisiya Azərbaycan Milli Xalça Muzeyinin tarixindən, dövlətimizin bu qədim sənətə göstərdiyi diqqət və qayğısından bəhs edir. Burada Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında informasiya təqdim olunub.
Sabah muzeyə gedəcək olanlar “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisini də ziyarət edə bilər.


Azərbaycan istiqalal muzeyi – Muzey Mərkəzində yerləşən bu muzeydə Azərbaycan xalqının milli-azadlıq hərəkatını əks etdirən eksponatlar saxlanılır Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvarın 9-da yaradılıb. O vaxt muzeyin cəmi 7000 eksponatı olub. Hazırda bu göstərici 22 000 eksponatdan artıqdır. Muzeyin ekspozisiyası 6 zalda nümayiş etdirilir: Azərbaycan İstiqlal Muzeyində rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, pul əskinasları və başqa eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiyasında müxtəlif tarixi hadisələrə aid maraqlı tematik sərgilər və tədbirlər keçirilir. Muzey 6 zaldan ibarətdir.


1-ci zalda Azərbaycanın dövlət rəmzlərini əks etdirən sənədlər nümayiş olunur. Bu zalda XVIII əsrin ikinci yarısında Azərbaycanın xanlıqlara bölünməsinə, Vətəninin işğalı uğrunda Rusiya ilə İran arasında gedən müharibələrə (1804–1828), Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin bağlanmasına dair materiallar da yer alıb.


2-ci zal XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinədək olan dövrü əhatə edir. Bu dövr H. Z. Tağıyev, M. Nağıyev, M. Muxtarov kimi neft milyonçuları tərəfindən yeni binaların, məktəblərin, teatrların, xəstəxanaların tikildiyi dövr idi. Həmin tarixi dövrü əks etdirən materiallar bu zalda nümayiş olunur. Burada həmçinin A. A. Bakıxanovun, M. C. Topçubaşovun, H. B. Zərdabinin və digər ədib və ziyalıların fəaliyyətini əks etdirən materiallar toplanıb. Zalın digər bölməsində 1918-ci il 31 mart soyqırımına həsr olunmuş fotofaktlar, arxiv materialları, sənədlər nümayiş etdirilir. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə də bu zalda geniş yer ayrılıb. 


Muzeyin 3-cü zalı Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatlarına – 1905–1911-ci illər Məşrutə hərəkatı, 1917–1920-ci illər Şeyx Məhəmməd Xiyabani hərəkatı, 1941–1945-ci illərdəki "21 Azər" hərəkatından (Seyid Cəfər Pişəvərinin başçılığı ilə) həsr olunub. Buradakı materialların bir çoxu "21 Azər" hərəkatının iştirakçısı olmuş tarixçi Lütfəli Ərdəbilinin köməyi ilə toplanıb. Zalda həmçinin Cənubi Azərbaycanda görkəmli şəxsiyyətlərin, şair və yazıçıların, elm xadimlərinin portretləri nümayiş etdirilir.


4-cü ekspozisiya zalı iki hissədən ibarətdir. Birinci hissəsi ötən əsrin 20–30-cu illərində Azərbaycanda repressiyaya məruz qalan görkəmli şəxsiyyətlər haqqında məlumat verir. Zalın digər bölməsi isə II Dünya müharibəsində (1939–1945) azərbaycanlı oğul və qızların ön və arxa cəbhədə göstərdiyi şücaəti əks etdirir. Burada nümayiş olunan silah, partladılmış mərmi, çap maşını, Morze teleqraf aparatı, səhra telefonu xüsusi maraq doğurur.


5-ci zal Qarabağ hadisələrinə həsr olunub. Həmçinin burada 20 Yanvar hadisələrini, Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotolar, müxtəlif sənədli materiallar da nümayiş etdirilir. 


1993-cü il iyunun 15-də Heydər Əliyev Bakıya dəvət olunur və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Bu tarixdən başlayaraq ölkəmizin keçdiyi inkişaf yolu haqqında məlumatı muzeyin ziyarətçilərinə 6-cı zalda geniş məlumat verilir. 

Azərbaycan Dövlət Kukla Teatrında Saida Haqverdiyevanın “Şaxtababa haradadır?”, eyni zamanda Pantomim Teatrında – “Kitabi – Dədə Qorqud” dastanı “Dəli Domrul” tamaşaları göstəriləcək. 

Bu həftə sonu film sevərlər üçün də maraqlı gün keçirmək üçün yaxşı tarixdir. 

Belə ki, Nizami Kino Mərkəzində "Joker 1" və "Matrix" filimlərinin nümayişi ilə yanaşı digər kinoteatrlarda “Moana 2”, “Səriyyə”, “Tağıyev”, “Paddiqton 3” filimləri nümayiş olunacaq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Yanvar 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri