Icma.az
close
up
RU
Beynəlxalq tərəfdaşlıqda yeni üfüqlər: Azərbaycanın xüsusi yeri və missiyası

Beynəlxalq tərəfdaşlıqda yeni üfüqlər: Azərbaycanın xüsusi yeri və missiyası

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həm Qərb, həm də Şərq ölkələri ilə münasibətlərini bərabərlik, qarşılıqlı hörmət və praqmatizm prinsipləri əsasında qurub. Bunun nəticəsində Bakı dünya birliyi tərəfindən regional güc, beynəlxalq dialoq və əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi qəbul edilir.

Yaxın Şərqdə uzun müddətdir davam edən hərbi qarşıdurma və toqquşmalara son qoyan Şarm əş-Şeyxdə təşkil edilmiş Yaxın Şərq Sülh Sammitində münaqişə tərəfləri arasında atəşkəsə nail olunmaqla tarixi nailiyyət əldə edildi. Bu tarixi anlara şahidlik edən və bilavasitə sülh prosesinin iştirakçı olan azsaylı dövlət başçıları arasında Azərbaycan Prezidenti İlham Əliyevin də olması xüsusi vurğulanmalıdır.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanın artan rolu

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı həm beynəlxalq siyasətdə, həm də qlobal təhlükəsizlik sistemində Azərbaycanın artan rolunun göstəricisi kimi dəyərləndirilir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həm Qərb, həm də Şərq ölkələri ilə münasibətlərini bərabərlik, qarşılıqlı hörmət və praqmatizm prinsipləri əsasında qurub. Bunun nəticəsində Bakı dünya birliyi tərəfindən regional güc, beynəlxalq dialoq və əməkdaşlıq platformalarında etibarlı tərəfdaş, həmçinin güclü siyasi-iqtisadi aktor olaraq qəbul edilir. Yaxın Şərq Sülh Sammitində iştirak da bunun təsdiqidir.

Sülh platforması, etibarlı vasitəçi

Son illərdə ölkəmiz dünyada sülh və münaqişə tərəfləri arasında dialoq platformasının təşkilində etibarlı məkan kimi tanınır. Müxtəlif zaman kəsimlərində İsrail-Suriya, İsrail-Türkiyə danışıqlarında vasitəçilik missiyasının rəsmi Bakı tərəfindən təşkil olunması, o cümlədən Təl-Əvivlə dostluq münasibətlərinin mövcudluğuna baxmayaraq, beynəlxalq hüquq əsasında Fələstin məsələsində Azərbaycanın ikidövlətli həll variantını dəstəkləməsi Prezident İlham Əliyevin Yaxın Şərq siyasətinin praqmatizm və qarşılıqlı hörmətə əsaslandığının göstəricisidir. Məhz bu yanaşma heç bir təsir altında qalmadan Yaxın Şərq siyasətini formalaşdıran rəsmi Bakının Donald Trampın sülh təşəbbüsündə özünəməxsus yer almasını şərtləndirir.

Praqmatizmə əsaslanan Yaxın Şərq siyasəti

Yaxın keçmişdə vətəndaş müharibəsi nəticəsində infrastrukturu tamamilə dağıdılan Suriyanın yenidən dirçəldilməsində Azərbaycanın yardımları da beynəlxalq birliyin diqqətindədir. Suriyanın enerji təhlükəsizliyinin təmini üçün Bakının atdığı addımlar həm Qərb dövlətləri, həm də İslam dünyası tərəfindən təqdirlə qarşılanır. Bu addımlarla Azərbaycan bir daha münaqişələrin ərazi bütövlüyü, suverenlik prinsipləri əsasında milli maraqlar nəzərə alınmaqla həllində maraqlı olduğunu dünyaya nümayiş etdirir. Rəsmi Bakının təsir coğrafiyasının genişlənməsi, diplomatik fəallığın artması, xüsusilə də böhran yaşanan dövlətlərə öz yardımlarını təklif etməsi Azərbaycanın gücünün və qüdrətinin göstəricisidir. Bununla da rəsmi Bakı sübut edir ki, dialoq təşəbbüskarı, strateji sabitlik mənbəyidir. Yaxın Şərq Sülh Sammiti bir daha nümayiş etdirdi ki, bu gün Azərbaycan dünyada təkcə etibarlı enerji tərəfdaşı və sabit tranzit ölkə kimi yox, həm də ortaya qoyduğu siyasi rasionalizmi, sülh təşəbbüsləri və humanizm prinsiplərinə görə təqdir edilir.

Sabit və davamlı inkişaf modeli təcrübəsi

Onu da nəzərə alaq ki, tarixi qələbəmizdən sonra Azərbaycan 30 illik ağır müharibə şəraitini çox qısa müddətdə uğurla arxada qoymağı bacarıb. Qalib ölkə olmasına baxmayaraq, sülh təşəbbüsünü irəli sürməklə yuxarıda qeyd etdiyimiz prinsiplərə sadiqliyini bir daha təsdiq edib. Qısa müddət ərzində tamamilə işğaldan azad edilmiş və tamamilə dağıdılmış ərazilərdə həyata keçirilən meqalayihələr, bərpa-quruculuq işləri dünya birliyi tərəfindən çox diqqətlə izlənilir və öyrənilir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "Böyük Qayıdış" proqramı, "Ağıllı kənd" və "Yaşıl enerji" konsepsiyaları Azərbaycanın postmünaqişə dövrünün inkişaf modeli kimi qəbul olunur. Bu model özündə iqtisadi dirçəlişi, sosial rifahı, dayanıqlı inkişaf və ölkəmiz üçün ənənəvi olan multikultural dəyərləri ehtiva edir... Bu gün yüz ildən artıq qarşılıqlı toqquşmalar, hərbi qarşıdurmalar, dağıntılar və insan itkiləri meydanına çevrilən Yaxın Şərq üçün ən vacib olan məqam da məhz belə bir inkişaf modelinə sahib olmaqdır. Bu baxımdan Prezident İlham Əliyevin Yaxın Şərq sülh konfransında iştirakı həm də Azərbaycanın yeni inkişaf modelinin dünya birliyinə təqdimatı kimi dəyərləndirilə bilər. Beynəlxalq aləm ölkəmizin postmünaqişə dövrü təcrübəsindən yararlanmaq niyyətindədir.

Bir ay ərzində dörd fərqli platformada iştirak

Bir maraqlı cəhət də odur ki, Prezident İlham Əliyev son bir ayda dörd fərqli coğrafiyada və dörd fərqli platformada iştirak edib. Kopenhagendə Avropa Siyasi Birliyinin Sammiti, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə görüşü, Düşənbədə MDB Sammiti və nəhayət, Şarm əş-Şeyxdə Yaxın Şərq Sülh Toplantısında iştirak Azərbaycanın diplomatik fəallığının miqyasını ortaya qoyur. Bu platformaların hər birində Azərbaycan liderinə sərgilənən münasibət həm də rəsmi Bakının müstəqil və milli maraqlara əsaslanan siyasətinə ehtiramın göstəricisidir. Müşahidə etdiyimiz bu diplomatik dinamizm heç də təsadüfi sayılmamalıdır. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan rolunun və nüfuzunun göstəricisi, müasir Azərbaycan realllıqlarının dünya birliyi tərəfindən qəbul edilməsi və ehtiramla qarşılanmasının sübutudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri