Texnoloji duel: OpenAI ın rəhbəri Maska meydan oxuyur
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"OpenAI" və onun həmtəsisçisi Sem Altman İlon Maskın rəhbərlik etdiyi "Neuralink" şirkəti ilə rəqabət aparacaq "Merge Labs" layihəsinə sərmayə qoymağı planlaşdırır. Bu addım iki tanınmış amerikalı biznesmen arasındakı rəqabəti daha da gücləndirəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Financial Times" mənbələrə istinadla xəbər yayıb.
"Merge Labs" layihəsi 850 milyon dollar həcmində vəsait cəlb etməyi planlaşdırır və gözlənilir ki, yeni kapitalın böyük hissəsi "OpenAI"ın vençur komandasından gələcək. Layihədə həmçinin dünyada göz qişası və rəqəmsal identifikasiya sistemlərinin inkişafına rəhbərlik edən Aleks Blaniya da iştirak edəcək.
Sem Altman şirkətin həmtəsisçisi olacaq, lakin gündəlik əməliyyatların idarə olunmasında iştirak etməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 13 Avqust 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















