Icma.az
close
up
RU
Təxribatlar olacaq, gərginliklər yaşanacaq: Paşinyan ağlını itirib ki, Azərbaycana qarşı hərbi addım atsın?

Təxribatlar olacaq, gərginliklər yaşanacaq: Paşinyan ağlını itirib ki, Azərbaycana qarşı hərbi addım atsın?

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan hakimiyyəti xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlara baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Caliber.az" məlumat yayıb.

Məlumata görə, rəsmi İrəvanın son hərəkətlərinin bütün məntiqi, revanşist əhval-ruhiyyə ilə dolu və güclü şəkildə militarizasiya olunan, regionun tezliklə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə partlayacağını göstərir. Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlıqlarını gizlətmir - belə ki, keçən həftə hökumətin iclasında elan edilib ki, ehtiyatda olanların növbəti toplanışları Ermənistanda 1 aprel - 13 iyun tarixlərində keçiriləcək:

"Diqqət edin, hərbi vəzifəlilərin təlim toplanışı standart təlim müddətini əhəmiyyətli dərəcədə üstələyərək, rekord müddətdə - on həftə davam edəcək.

Üstəlik, mötəbər mənbələrdən daxil olan məlumatda bildirilir ki, İrəvan apreldə müharibəyə başlamağı planlaşdırır. Vurğulanıb ki, toplanan faktlar və məlumatlar sərhəddə qəsdən aqressiv hərəkətlərə hazırlıqdan xəbər verir ki, bu da yeni eskalasiya təhlükəsini daha real edir:

"Bütün mövqelər tunellər sistemi ilə bir-birinə birləşib və erməni diversantların Azərbaycana qarşı təxribat törətməsi üçün nəzərdə tutulub. Ermənistan zorakı təxribata məqsədyönlü hazırlıq aparır, yeni reallıq yaratmağa can atır, sonra isə bunu artıq baş vermiş hadisə kimi təqdim etməyə çalışacaq. Məqsəd ondan ibarətdir ki, sərhəddə vəziyyətin sürətlə dəyişməsi Azərbaycanı yeni fakt qarşısında qoysun, Bakını işğalın özünə deyil, onun nəticələrinə reaksiya verməyə məcbur etsin".

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bir sıra fikirlər səsləndirib.

Ekspert vurğulayıb ki, Paşinyan Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı İrəvan təzyiqlər etdiyini açıqlayaraq, qərarın gecikdiyini və bunun da müharibə riskini artırdığını bildirib:

"Məhz Paşinyanın "müharibə riski" və Ermənistanın apreldə təlim toplanışına hazırlaşması ictimaiyyətdə ajiotaj yaradıb ki, erməni tərəfi müharibəyə hazırlaşır və s. Ermənistan kiminlə müharibəyə hazırlıq görür? Hansı qüvvə və texnika ilə müharibəyə hazırlaşır? Bu müddət ərzində Ermənistan ordusu hansısa ciddi təlim, hazırlıq keçibmi? Alınan silah-sursat hardasa sınaqdan çıxarılıbmı ki, şəxsi heyət həmin silahlara öyrəşsin. Axı bunların heç biri müşahidə olunmur”.

Müsahibimiz qeyd edib ki, Ermənistanda revanşist qüvvələr dünən də var idi, bu gün də meydandadırlar, sabah da olacaqlar. Onun fikrincə, ancaq Ermənistanın Azərbaycanla yenidən müharibə etmək potensialı yoxdur:

“Bunu sakitləşdirmək, arxayınlaşmaq üçün demirəm. Hər şey nəzarət altındadır. Ermənistan hazırda aktiv şəkildə qardaş Türkiyə ilə sərhədlərin açılması ilə bağlı danışıqlar aparır. Azərbaycanla sülh müqaviləsinin əksər bəndləri razılaşdırılıb. Bütün bunları fonunda Ermənistan hökuməti o qədərmi ağlını itirib ki, yenidən Azərbaycana qarşı hansısa hərbi addım atsın? İrəvan hökuməti fərqindədir ki, belə bir təşəbbüs Azərbayacn və Türkiyə ilə danışıqların sıfırlanmasına yol açacaq. İllərlə silahlanmış, təlimlər keçmiş erməni ordusu 44 günlük müharibədə böyük rüsvayçılıq yaşadı. İndi hansı hazırlıqla Azərbaycanın üzərinə gələcəklər?"

Üzeyir Cəfərov: "Müharibə" sözünü yaxın 4-5 ilə kimi unutmalıyıq

Ü.Cəfərov bəyan edib ki, Azərbaycan 2020-ci və 2023-cü ildən bu gün daha güclü səviyyədədir:

"Yeni hərbi təyyarələr, qırıcılar, silah-sursat alınıb. Dostlar geniş bir təhlil yazaraq, içini doldurublar. Ermənistanın müxtəlif ölkələrdən hərbi texnika aldığını qabardırlar. Nə olsun ki? Bizim ondan qat-qat güclü silah-sursatımız var. Ermənistanda Vardan Oskanyanın rəhbərliyi altında hansısa qanadın aktivləşməsindən, revanşizmdən danışırlar. Bakıda separatçıların məhkəmə prosesini görmürlərmi? Türkiyə faktorunu nəzərə almaq lazımdır. Ermənistanın isə yaxın müttəfiqi tam formalaşmayıb. Ümid bəslədiyi KTMT də artıq yoxdur. Rusiya ilə münasibətləri də görürük. Ona görə də "müharibə" sözünü yaxın 4-5 ilə kimi unutmalıyıq”.

“Əlbəttə, təxribatlar olacaq, müəyyən gərginliklər yaşanacaq. O vaxta kimi tərəflər sülh sazişini imzalayacaqlar. Aprel ayında ermənilər qondarma "soyqırımı"nı qeyd edirlər deyə, həmin ərəfədə revanş hissləri baş qaldırır. Mən bunlara adi hal kimi baxıram. Yaxın illərdə müharibə gözlənilmir", - deyə Üzeyir Cəfərov burğulayb.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Mart 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see470

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see240

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see182

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see151

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see143

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri