Icma.az
close
up
RU
Təyyarə ilə uçuş zamanı nə etməliyik? Sağlam və rahat uçuş üçün bəzi məsləhətlər...

Təyyarə ilə uçuş zamanı nə etməliyik? Sağlam və rahat uçuş üçün bəzi məsləhətlər...

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hava nəqliyyatı rahat olmaqla yanaşı sağlamlıqla bağlı bəzi riskləri də bərabərində gətirə bilər.

Xüsusilə də təyyarənin qalxması və enməsi zamanı qulaqlarda hiss edilən ağrı bəzən səfər zamanı, bəzən səfərdən sonra belə şikayətlərin davam etməsinə yol aça bilər. Qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssis, dr. Kemal Demir təyyarə səfərləri əsnasında tətbiq ediləcək bir neçə kiçik üsulla daha rahat şəkildə səyahət edilə biləcəyini qeyd edir. Beləliklə, səyahət zamanı diqqət edilməsi vacib olan məqamlar...

Ən çox qulaqlar təsirə məruz qalır

Gündəlik həyatda hiss edilən açıq hava təzyiqi ilə hündürlüyə qalxdıqda hiss edilən təzyiq arasında böyük fərq var. Təyyarə səfərlərində yüksək nöqtələrə olduqca sürətli bir qalxma gerçəkləşdiyi üçün bədən bu təzyiq fərqinə uyğunlaşmaqda çətinlik çəkə bilər. Yaşanan təzyiq fərqi bədənin fərqli bölgələrində hiss edilməklə yanaşı ən bariz şəkildə qulaqlarda ortaya çıxır. Orta qulaq tunellə burun boşluğuna açılır və qulaq pərdəsinin xarici tərəfindəki təzyiqlə daxilindəki təzyiqi tarazlamağa çalışır. Təyyarə səyahətlərində əsasən qulaq daxilindəki təzyiq aşağı olur və qulaq pərdəsi içəriyə doğru paraşüt kimi çökə bilir. Qulaq pərdəsindəki itələnmə-çəkilmə artıq olduğu zaman tıxanıqlıq hissi ilə yanaşı ağrı da hiss edilə bilir.

Ağrısız uçuş üçün...

Təyyarə səyahətlərində mövcud yüksəklik, enmə və qalxma sürəti ilə kabinədəki təzyiqi tarazlayan cihazların düzgün işləməsi də hiss edilən təzyiq baxımından önəmlidir. Eyni zamanda səyahət edən insanın sağlamlığı da hiss edilən təzyiq baxımından önəmli faktordur. Qrip, soyuqdəymə, sinüzit, tənəffüs yolu infeksiyaları kimi səbəblərdən burun tıxanıqdırsa, təzyiq və ağrı daha çox hiss edilir. Qulaqda hiss edilən ağrı və təzyiq bilinənin əksinə olaraq burnun lazımi qaydada funksiyasını yerinə yetirə bilməməsindən qaynaqlanır. Burun düzgün nəfəs ala bilmədiyi hallarda burun və orta qulaq boşluğuna yetərli hava daxil ola bilmir, hava azlığı səbəbilə də təzyiq dəyişikliyinə uyğunlaşmaq daha gec baş verir.

Lazım gələrsə, səyahətinizi təxirə salın

Qulaq-burun-boğaz xəstəliklərinə meyilli olan insanların təyyarə səyahətlərində daha diqqətli olmaları məsləhət görülür. Səyahətə çıxılacaq günlər ərzində burun tıxanıqlığı, üst tənəffüs yolları infeksiyaları, səs qısıqlığı, boğaz ağrısı kimi şikayətləri olan insanların həkimə müraciət etməsi, lazın gələrsə, səyahətini təxirə salması faydalı olar. Səyahətdən əvvəl əlamətlər şiddətli olmasa belə hiss edilən ağrılar səbəbilə səfər olduqca narahat keçə bilər.

Su içməyə diqqət edin

Orta qulaq sisteminə hava axınını təmin edən üzvlər udqunma hərəkəti ilə qidalanır. Xüsusilə də qalxma və enmə əsnasında kiçik udumlarla su və ya ilıq maye qəbul etmək udqunmaq hərəkətini təmin edər.

Saqqız faydalıdır, lakin...

Qulaqlardakı tıxanıqlıq hissindən yaranan ağrını azaltmaq üçün udqunma ilə birlikdə çənə hərəkətlərinin də aktivləşməsini təmin edən saqqız çeynənilməsi faydalı olur. Saqqız çeynəmək ağrının və tıxanıqlıq hissinin aradan qaldırılmasında nə qədər faydalıdırsa, saqqızı şar şəklində şişirtmək də eyni dərəcədə təhlükəli ola bilər. Bu səbəblə də saqqız çeynəməklə əldə edilən fayda şişirtməklə zərərə çevrilə bilər.

“Valsalva manevri”nə diqqət!

Ağzın və burnun qapadılıb qulaqlara hava təzyiqi göndərilməsi kimi bilinən “Valsalva manevri”ndən son çarə kimi istifadə olunur. Bu hərəkəti düzgün edə bilmək böyük əhəmiyyət kəsb edir. Yanlış edilərsə, arzu olunmayan nəticələrə gətirib çıxara bilər.

Uçan zaman körpənizi əmizdirin

Körpələrin təyyarə səyahətləri zamanı daim ağlamalarına səbəb də bu kimi hallardır. Əgər körpə ana südü içirsə, onu əmizdirmək çox faydalı olar. Biraz böyük uşaqlar isə yetkinlərin istifadə etdiyi su içmək və saqqız çeynəmək kimi üsullardan faydalana bilərlər.

Ağrılarınız keçmirsə…

Təyyarə səyahəti bitdikdən sonra hiss edilən ağrılar əsasən bir neçə saat ərzində başa çatır. 10-12 saat ərzində keçməyən ağrıları gözardı etməmək lazımdır. Bu kimi hallarda burun-qulaq-boğaz həkiminə müraciət edilməsi tövsiyə olunur. Təyyarə səyahətlərində meydana gələn tıxanıqlıqlar və ağrılar tez-tez olmamaqla yanaşı daimi narahatlıqlara da səbəb ola bilər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 13 Noyabr 2024 02:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri