İnsan beyni zamanda səyahət edə bilir
Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Zaman maşını varmı? İnsan beyni zamanda səyahət etmək qabiliyyətinə malikdir.
“Medicina” xəbər verir ki, Fransa və Hollandiyalı tədqiqatçıların Journal of Neuroscience-də dərc olunan araşdırmasına görə, insan beyni epizodik hərəkətləri müstəqil şəkildə ölçdüyü üçün zamanın keçməsi zehnimizdə baş verir.
Onlar müəyyən ediblər ki, insan beyninin xarici aləmdən heç nə ilə idarə olunmayan daxili zaman gedişi, yəni vaxt anlayışı var. Buna görə də insanlar zehni zamanda səyahət edə bilirlər.
Bu təəccüblü konsepsiyanı təsdiqləmək üçün tədqiqatçılar elektrod implantasiyası tələb edən epilepsiya xəstələrinin beyinlərini tədqiq ediblər.
Xəstələr dərmana davamlı epilepsiyadan əziyyət çəkirdilər və əməliyyatı gözləyirdilər.
Təcrübələr göstərdi ki, tədqiqat iştirakçılarının beynindəki xüsusi məqamlar zaman hüceyrələrini aktivləşdirir.
Buraya onların xarici stimullara məruz qalmadıqları anlar daxildir.
Buna görə də, bu hüceyrələr daxili mənbələrə və hadisələrin ardıcıllığının daxili hissinə cavab verdilər. Və bu da insanın sadəcə düşüncənin gücü ilə zamanda asanlıqla səyahət edə biləcəyini fərz etməyə imkan verir.
Aygün Musayeva
Baxış sayı:103
Bu xəbər 08 Fevral 2025 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















