Icma.az
close
up
RU
Təyyarə qəzasına görə məsuliyyət daşıyanlar Azərbaycan dövləti qarşısında cavab verəcəklər

Təyyarə qəzasına görə məsuliyyət daşıyanlar Azərbaycan dövləti qarşısında cavab verəcəklər

Icma.az, Ses qazeti saytına istinadən bildirir.


Dekabrın 27-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bu hadisə ilə əlaqədar görülmüş tədbirlər barədə danışdı. Prezident hadisəni faciəvi bir sınaq adlandıraraq həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətin diqqətini çəkən bir sıra məqamlara toxundu.
Dekabrın 26-sında Azərbaycanda matəm elan olunması, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın vida mərasiminə qatılaraq həlak olanların ailə üzvləri və yaxınlarına başsağlığı və təskinlik verməsi, dərdlərinə şərik olması xalqımızın ağır və çətin günlərində, milli kədər anlarında xalqla bir yerdə olduğunu, mübarizliyini, dəyanətini göstərdi.
Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib. Dekabrın 29-da təyyarə qəzasında həlak olan üç ekipaj üzvü – gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.Dəfn mərasimindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəza nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Həmin gün dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə, İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevanın “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, eləcə də Zülfiqar Əsədov və Aydan Rəhimlinin 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif etməsi isə xalqımızın qəhrəmanlarına verdiyi dəyərin növbəti təzahürdür.Yanvarın 6-da isə ölkə başçısı İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Görüşdə çıxış edən Prezident İlham Əliyev ilk növbədə ekipaj üzvlərinin qəhrəmanlığını fəaliyyətini, fədakarlığını çox yüksək qiymətləndirib. “Ekipaj üzvlərinin qəhrəmanlığı haqqında mən vida mərasimi zamanı bildirmişdim. Bir daha demək istəyirəm, bu, doğrudan da böyük fədakarlıqdır. Mən bildirdim, çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər.Azərbaycan kütləvi informasiya vasitələrində, istərsə də xarici kütləvi informasiya vasitələrində bu hadisəni siyasətləşdirmək və baş verən hadisənin təyyarənin vurulmasını sifariş kimi cəmiyyətə çatdırmaq istəyən qüvvələr də oldu. Məsələ burasındadır ki, ilkin məlumatlara görə təyyarə Qroznıda iki dəfə eniş etmək istədi. Yəni, hava şəraitinin münasib olmadığına görə təyyarə eniş edə bilməyib. Nəticə etibarilə havada vurulması nəticəsində texnika sıradan çıxarıldı. Eyni zamanda qeyd etmək istəyirəm ki, həmin günü Azərbaycan Prezidenti Sankt-Peterburqda keçirilən MDB-nin toplantısına da
gedirdi və orada iştirak edəcəkdi və həmin toplantıda dövlətlərarası münasibət müzakirə olunacaqdı.
Təşkilatın qarşıda qoyulan məsələlər barəsində fikir mübadiləsi olacaq idi. Hadisənin nəticəsində Prezident geri qayıdası oldu. Nəinki Azərbaycan, Qazaxıstan, istərsə Rusiya vətəndaşları, insanlar burada həlak oldu. Bu, faciə idi və bu hadisəni siyasətləşdirərək dövlətlərarası münasibəti korlamək istəyən qüvvələr də var. Bildiyiniz kimi Qərb mətbuatı açıq şəkildə iki dövlət arasında münasibətlərin siyasi cəhətdən gərginləşdirilməsi üçün canfəşanlıq etdi.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Yanvar 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri