Təyyarə yerə enməsəydi, İsrail vuracaqdı
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Kapitanın kabinədə hücuma məruz qalmasından sonra İsrail Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsini vurmağa hazır idi.
Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, əgər təyyarə Səudiyyə Ərəbistanındakı Təbuk hava limanına eniş etməsəydi, İsrail onu müşayiət etmək üçün qırıcı təyyarələr göndərəcəkdi.
“Protokolda da təyyarənin vurula biləcəyi nəzərdə tutulur, lakin belə bir qərarı yalnız İsrail Baş naziri Benyamin Netanyahu verə bilər”, - məlumatda qeyd olunub.
Mənbələrin fikrincə, təyyarəni hədəfə çırpmaqdansa, vurmaq daha yaxşı olardı.
Qeyd edək ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” reysində insident yaşanıb. İkinci pilot təyyarəni ələ keçirməyə çalışıb və kapitana fövqəladə vəziyyət baltası ilə hücum edib. Təyyarə kapitanı isə kabinənin qapısını aça bilib və ikinci pilotu təcrid etmək mümkün olub.
Baxış sayı:60
Bu xəbər 06 Oktyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















