Təyyarədən tüstü qalxdı: Enməli oldu
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
İstanbuldan Mançesterə uçan Pegasus Hava Yollarına məxsus PC1179 reysi "mexaniki nasazlıq" səbəbindən Britaniya hava məkanında fövqəladə vəziyyət elan edib.
"Cebheinfo.az"-ın “Ekonomim”-ə istinadən xəbərinə görə, təyyarə Mançester hava limanına təhlükəsiz eniş edib. Rəsmilərin sözlərinə görə, eniş şassisinin qapaqları açıq qaldığı üçün təyyarənin hidravlik sistemində problem yaranıb.
“Airbus A320” təyyarəsinin eniş anı qeydə alınarkən, eniş şassisinin qapaqlarının bağlanmadığı və əks itələyicilərdən birinin işləmədiyi görülüb. Aviasiya mütəxəssisləri bildiriblər ki, normal şəraitdə eniş şassisi uzadıldıqdan sonra lyuklar bağlanmalıdır, lakin hidravlik nasazlıq səbəbindən bu mümkün olmayıb.
Mançester Hava Limanı rəsmiləri təyyarədə texniki nasazlıq olduğunu və bütün prosedurlara tam əməl edildiyini açıqlayıb. Eniş zamanı yanğınsöndürmə qrupları ehtiyat tədbiri olaraq uçuş-enmə zolağında hazır vəziyyətdə dayanıblar. Texniki problemlərə baxmayaraq, təyyarə təhlükəsiz eniş edib.
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 Fevral 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















