Icma.az
close
up
RU
Təyyarəni kimin, saat neçədə vurduğu aydınlaşacaq Sabiq nazir

Təyyarəni kimin, saat neçədə vurduğu aydınlaşacaq Sabiq nazir

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elmar müəllim, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində olduqca mühüm mesajlar səsləndirdi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas siyasi, diplomatik hədəfləri bir daha bəyan edildi...

- Ölkə başçısının müsahibəsi bir çox məsələləri əhatə edən proqram xarakterli müsahibə idi. Daxili və xarici audiotoriya üçün Prezident İlham Əliyev tərəfindən Azərbaycanın əsas strateji hədəfləri açıqlandı.

- Qərbi Azərbaycanla bağlı məsələ ölkə başçısı tərəfindən növbəti dəfə bəyan edildikdən sonra Ermənistanda bu mövzu ətrafında müzakirələr başlayıb, fərqli rakurslarda yanaşmalar sərgilənir, fikirlər səslənir. İrəvan niyə bu qədər təlaş keçirir?

- Mənim nazir işlədiyim dövrdə aparılan danışıqlarda bu məsələlər müzakirə edilib. Dəfələrlə bəyan olunub ki, bütün məcburi köçkünlər, o cümlədən vaxtilə indiki Ermənistan ərazisindən zorla deportasiya edilmiş azərbaycanlıların geri qayıdışı təmin edilməlidir. Sözsüz ki, bu mövzu indi daha aktualdır. Sadəcə, geri qayıdışıla bağlı əsas amil təhlükəsizlikdir. Azərbaycanlılar tarixi torpaqlarına, Zəngəzura qayıdacaqlarsa, ilk növbədə onların təhlükəsizliyinə ciddi təminat olmalıdır. Ora qayıdacaq hər adamın yanına bir polis və yaxud hərbçi qoymaq mümkün deyil. Ona görə də ilk növbədə bu suala cavab tapılmalıdır. Öz doğma torpağına qayıdacaq azərbaycanlıların təhlükəsizliyinə qarantiya verilməlidir.

- İranla bağlı ölkə başçısı da sərt ritorika ilə çıxış etdi. Rəsmi Tehranın xarici siyasətində və Azərbaycanla bağlı yanaşmalarında indiyə kimi korrektələr etməməsi nə ilə bağlıdır?

- Sözsüz ki, İranın Azərbaycana qarşı olan mövqeyi heç də sadə bir izahla verilə bilməz. Bu geniş aspektdə təhlil olunmalı bir mövzudur. İlk növbədə başa düşmək lazımdır ki, İran müstəqil, güclü, qalib, inkişaf edən Azərbaycanı qəbul etmək istəmir. Bunu onlar təhlükəsizliklə bağlayırlar. Çünki indiki İran ərazisində 30 milyondan artıq azərbaycanlı yaşayır. Orada yaşayan azərbaycanlılar da indiki Azərbaycanı görür. Bu mənada rəsmi Tehran Azərbaycanla bağlı öz siyasətini başqa rakursda qurmağa çalışır.

- Rusiya ilə bağlı verilmiş bəyanatların effektivliyini necə dəyərləndirirsiniz?

- Rusiya ərazisində Azərbaycana məxsus təyyarənin vurulması məsələsi ciddi siqnaldır. Ona görə də bu heç də Rusiya Prezidenti Vladimir Putinin üzr istəməsi ilə həll olunacaq bir məsələ deyil. İlk növbədə bu işin istintaqı bitməlidir. Bundan sonra dəqiq analiz aparmaq olacaq. Çünki məhz bundan sonra təyyarəni kimin, saat neçədə vurduğu aydınlaşacaq. Putin səviyyəsində Azərbaycana başsağlığı verilib və üzr istənilməsinə baxmayaraq, bunun nəticələrindən irəli gələrək kompensasiyanın və digər məsələlərin də həlli vacibdir. Sözsüz ki, bu məsələdə günahın kimdə olduğu müəyyənləşəcək.

- Azərbaycanın Suriya ilə bağlı mövqeyindən narahat olan tərəflər var. Bu narahatlığa səbəb nədir?

- Suriya məsələsində Azərbaycanla Türkiyənin birgə addım atmasına qısqanclıqla yanaşılır. Bu gün Suriyada ABŞ, Rusiya, İsrail, İran kimi ölkələr öz mövcudluğunu, mövqeyini qoruyub saxlamağa çalışır. İran isə şiələrin rolunu Suriyada qoruyub saxlamaqla yanaşı, gücləndirməyi də düşünür.

- ABŞ-də artıq yeni administrasiya formalaşır. Bu il yanvarın 20-dən Donald Trampın Ağ evdə yeni dönəmi başlayacaq. Qlobal və regional məsələlərin irəliyə aparılması baxımından Tramp administrasiyasından gözləntilər çoxdur. Əsas proqnozlar nədən ibarətdir?

- Sözsüz ki, bununla bağlı gözləntilər osla da, proqnoz vermək çox çətindir. Trampın hakimiyyətə gəlişindən yüz gün sonra bu məsələlərə yanaşmalarla bağlı fikir söyləmək olar. Onun hansı kursu əsas götürəcəyi ilə bağlı proqnozlar olsa da, bir qədər gözləməyə ehtiyac var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 13 Yanvar 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri