Icma.az
close
up
RU
Təyyarəni Rusiyanı vurduğu versiyası gündəmdə: Kreml məsuliyyətdən yayınmağa çalışır?

Təyyarəni Rusiyanı vurduğu versiyası gündəmdə: Kreml məsuliyyətdən yayınmağa çalışır?

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İran 2020-ci ilin yanvarında Ukraynaya məxsus mülki təyyarəni raketlə vurduqda olayı “təbii fəlakət” kimi qiymətləndirmişdi. Ancaq Tehran buna kimisə inandırmayacağını anladıqdan sonra Ukraynaya məxsus sərnişin təyyarəsini “bilmədən” vurduğunu bəyan etmək məcburiyyətində qaldı. İranın keçmiş Prezidenti Həsən Ruhani “raketlər insan səhvi nəticəsində atılıb” deyə açıqlama verdi. Bakı-Qroznı təyyarəsinin Rusiyanın hava müdafiə sistemləri tərəfindən vurulduğu versiyası güclənib".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, bu halda Moskva da Tehran kimi bir müddət təyyarənin vurulduğunu inkar etməyə çalışa bilər: "Məsuliyyətdən yayınmağa çalışacaqlar, məhz buna görə Kremlə bağlı informasiya mərkəzləri təyyarənin qəzaya uğradığı ilk saatlarda iki “xəbər” yaydılar - “təyyarə quş sürüsü ilə toqquşub” və “təyyarəyə Ukrayna dronları dəyib”. Bu xəbərləri yayan mərkəzlər diqqəti Rusiyadan yayındırmağa çalışırdılar. Ancaq Moskva təyyarədə mərmi izlərinə aydınlıq gətirmək məcburiyyətindədir".

Politoloq Rusiya tərəfinin təyyarədə nasazlıq yarandıqdan sonra sərnişinləri xilas etməyə cəhd etməməsinə də diqqət çəkib: " Ona da aydınlıq gətirməlidirlər ki, təyyarənin Qroznı ilə yanaşı yaxınlıqdakı Mahaçqaladakı hava limanına enişinə niyə icazə verilməyib? Təyyarə niyə Xəzərin o biri sahilinə uçmaq məcburiyyətində qalıb? 2015-ci ildə Rusiyaya bağlı Donbass separatçıları Niderlanddan Malayziyaya uçan sərnişin təyyarəsini raketlə vurdular. Moskva bu günə qədər məsuliyyətin Rusiya və separatçılar üzərində olduğunu etiraf etməyib. Halbuki, separatçıların mülki təyyarəni Rusiyaya məxsus “Buk” tipli raketlə vurduğu illər öncə sübut olunub. Görünür, Moskvada düşünürlər ki, Bakı-Qroznı təyyarəsinin raketlə vurduğunu etiraf etsələr, bu 2015-ci ildəki qəzanın da Rusiya raketi ilə vurulduğunun etirafı olacaq".

Seymur,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sitat.info
archiveBu xəbər 26 Dekabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri