Icma.az
close
up
RU
Təzə dil açan uşaq

Təzə dil açan uşaq

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Akif ABBASOV

(hekayə)
Şura hökumətinin vaxtları idi. Xəlil baş mühəndis işləyirdi. Çalışdığı müəssisənin işi ilə bağlı ara-sıra Moskvaya, Leninqrada gedib-gəlirdi. Getməyinə gedirdi, amma rus dilini heç babat da bilmədiyindən çətinliyi olurdu. Rəis ona:

- Bəlkə sənin əvəzinə müavinini göndərək? - deyəndə Xəlil daş atıb başını tuturdu:
- Yox, ay rəis. Qudurtma uşaq-muşağı. O hara, Moskva, Leninqrad, Kiyev hara? Qudurar. Özüm əlinlə, ayağımla başa salacağam. Bir də niyə narahat olursunuz. Gedib-gələndə sizi ki yarıdıram. Yarıtmasam, siz deyəndir.
Ezamiyyət bir bəhanə idi. Gəzməkdən, yol getməkdən, Moskvanı, Leninqradı, Kiyevi gəzib dolaşmaqdan, əylənməkdən ötrü Xəlilin ürəyi gedirdi. Həm də rus qızarı ilə oturub-durur, gün keçirirdi. Çoxlu tanışları vardı.
İndi Moskvada idi. Neft Nazirliyinə gəlmişdi. Müəssisənin hesabatını təhvil verib tapşırıqlarını almışdı.
Tanya ilə danışmışdılar ki, “Bakı” restoranında görüşüb istirahət etsinlər. Görüş saat 18-də olacaqdı. Bir neçə saat vaxtı vardı. Xəlil mehmanxanaya qayıdıb duş qəbul elədi. Çay içib uzandı ki, bir az dincini alsın.
O uzanan bir də telefon zənginin səsinə oyandı. Tanya idi:
- Xalil, tı qde?
Xəlil saata baxdı.18.32 idi.
- Vay, - deyib ayağa sıçradı və cəld şalvarını geydi:
- Tanya, Tanyacan, tı mne bağışla, yəni izvini. Yatıb qalmışam, yəni spal qalmışam. Ostalsa.
Tanyanı gülmək tutdu. Rusca:
- Səni gözləyim, yoxsa çıxıb gedim? - deyə soruşdu.
Xəlil tez:
- Kuda idyoş, ya idu. Tam sidi ki, ya idu...
Xəlil taksi çağırıb tez restorana sürdürdü.
Tatyana bəzənib-düzənib ətirlənmişdi. Onu görən Xəlilin az qala ürəyi gedə. Öz-özünə: “Ə, bu rus qızları özlərinə baxa, özlərini istədə bilirlər də...”
Tatyana ayağa qalxıb irəli yeridi. Özünü Xəlilin üstünə atdı:
- Xalilçik, doroqay...
Xəlil də öz növbəsində:
- Can Xalilçik, - dedi. - Loblu tebya, ay Tanya.
Gülməkdən Tatyananın gözləri yaşardı, rusca:
- Xalilçik, - dedi. - Bilirsən səni niyə çox istəyirəm?!
Xəlil soruşdu:
- Niyə, ay Tanya?
Tatyana:
- Rus dilində danışığına görə, - dedi. - Təzə dil açan uşaq var ha... sən rusca onun kimi danışırsan. Çox xoşuma gəlir.
Bunu eşidən Xəlili də gülmək tutdu. Öz-özünə: “Nə edim, çulumu sudan çıxarır, işlərimi yoluna qoturam ki...”


Bakı şəhəri, 22 aprel 2025-ci il


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 Aprel 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri