Təzə qanunla beyin ölümü diaqnozu qoyulan insan artıq ölmüş hesab edilir
Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.
Məşhur aktyorun ölməsi xəbəri bir neçə gün ərzində dəfələrlə təkzib olundu, fərqli məlumatlar verdi. Bu anlaşılmazlığa səbəblərdən biri də odur ki, beyin ölümü diaqnozu qoyulan insan təzə qanunlara görə artıq ölmüş hesab edilir.
Teleqraf.com xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov bildirib.
"Baxmayaraq ki bu cür hallarda ürək döyünür, kardiomonitorda EKG , arterial təzyiq, temperatur, saturasiya göstərir. Ağır komada olan xəstələrdə olduğu kimi bu cür insanlar süni tənəffüs aparatında müəyyən müddət saxlanılırlar. Əvvəllər bu cür hallarda nə qədər ki ürək döyünür, süni tənəffüs aparatının söndürülməsinə icazə yox idi. Hazırda isə beyin ölümü diaqnozu qoyulmuş şəxslər tam ölmüş hesab olunduğu üçün süni tənəffüs aparatından ayırmaq qərarı verilə bilir", - deyə vurğulayır.


