TFF nin Hakimlər Komitəsinin sədri saxlanıldı
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu ilə bağlı aparılan istintaq çərçivəsində diqqətçəkən hadisə baş verib.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Gündoğdu sənədlərdə saxtakarlıq ittihamı ilə saxlanılıb. İstintaq çərçivəsində 4 vilayətdə eyni vaxtda əməliyyat keçirilib və ümumilikdə 7 şübhəli saxlanılıb.
"Hakimlər işi" adlandırılan istintaqın 15 sentyabr 2025-ci ildə zərərçəkmiş şəxsin ifadəsi əsasında başladığı bildirilib. İş üzrə bəzi hakim və müşahidəçilərə qarşı mobbinq tətbiq edilməsi və rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı iddialar yer alıb.
İstintaq çərçivəsində hadisələrlə bağlı açıq mənbələr üzrə araşdırmalar aparılıb, həmçinin MASAK və HTS məlumatları incələnib. Zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də ekspertiza nəticələrinin iş materiallarına daxil edildiyi bildirilib.
Aparılan araşdırmalar nəticəsində MHK sədri Ferhat Gündoğdu ilə yanaşı, bəzi hazırkı və keçmiş MHK üzvlərinin, həmçinin hakim və müşahidəçilərin istintaq predmetini təşkil edən cinayətlərlə əlaqəli ola biləcəyi qiymətləndirilib.
Əməliyyat zamanı MHK sədri Ferhat Gündoğdunun da daxil olduğu 7 şübhəli saxlanılıb.
Saxlanılan şəxslər:
* Ferhat Gündoğdu – MHK sədri
* Ferdi Karadoruk – TFF Fəal Hakimlər Dərnəyinin sədri
* Ahmet Şahin – TFF Mərkəzi Hakimlər Komitəsinin keçmiş sədr müavini
* Yunus Yıldırım – TFF Mərkəzi Hakimlər Komitəsinin keçmiş üzvü
* Sebahattin Şahin – MHK üzvü, TFF-nin Təhsil və 4-cü bölgə üzrə məsul şəxsi
* Alican Sağlar – TFF Hakimləri və Müşahidəçiləri Dərnəyinin İstanbul şöbəsi üzrə təşkilati məsul şəxs
* Emre Kosif – TFF Hakimləri və Müşahidəçiləri Dərnəyinin İstanbul İl Hakimlər Komitəsinin sədri
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 29 Sentyabr 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















