Icma.az
close
up
RU
Ticarət müharibəsi Çinin zəif yerini üzə çıxardı: milyonlarla insan işsiz qala bilər

Ticarət müharibəsi Çinin zəif yerini üzə çıxardı: milyonlarla insan işsiz qala bilər

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çin iqtisadiyyatı Vaşinqtonla ticarət danışıqları aparmalı olduğu bir vaxtda çətinliklərlə üz-üzədir. Bu şəraitdə ən böyük zərbə məhz ölkənin əmək bazarına dəyir.

Qaynarinfo "The New York Times”a istinadla yazır ki, COVID-19 pandemiyası dövründə daha da dərinləşən daşınmaz əmlak sahəsindəki tənəzzül milyonlarla insanın iş yerini əlindən alıb və əhalinin kasıblaşma hissini gücləndirib.

"Natixis” investisiya bankının Asiya-Sakit okean regionu üzrə baş iqtisadçısı Alisiya Qarsiya-Erreroya görə, digər sahələrdə iş imkanları azaldıqca, Çində emal sənayesindəki 100 milyon iş yerinin qorunub saxlanılması daha da vacib hala gəlir.

"Natixis”in analitik hesabatında deyilir ki, əgər ABŞ-ın gömrük rüsumları hazırkı 30%-lik səviyyədə qalarsa, Çindən ABŞ-a ixrac yarıbayarı azalacaq və bu, emal sənayesində 6 milyon iş yerinin itirilməsinə səbəb ola bilər. Əgər ticarət müharibəsi tammiqyaslı şəkildə bərpa olunarsa, bu rəqəm 9 milyona çata bilər.

Aprel ayında gənclər arasında işsizlik səviyyəsi 15,8% təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə daha yaxşı göstəricidir. Lakin ilin sonuna qədər ali məktəbləri bitirəcək 12 milyon məzunun əmək bazarına daxil olması ilə bu göstəricinin yenidən yüksələcəyi gözlənilir.

Bununla yanaşı, işləyənlərin belə vəziyyəti sabit deyil. Getdikcə daha az şirkət daimi iş təklif edir. Bu cür işlər daha çevik sayılsa da, əməkhaqqı aşağıdır və sosial təminat baxımından zəifdir.

Eyni zamanda ABŞ sənayesi Çin tərəfindən nəzarət edilən nadir torpaq elementləri və digər strateji xammallardan asılıdır. Çin məhsullarının ixracının dayandırılması inflyasiya riskini artırır və məhsul çatışmazlığına səbəb ola bilər.

"Enodo Economics” şirkətinin baş iqtisadçısı Diana Çoylevanın sözlərinə görə:

"Əgər danışıqlar hansı ölkənin daha çox iqtisadi ağrıya tab gətirə biləcəyinə gəlib çıxarsa, Çin 'ticarət müharibəsinə dözümlülük' baxımından üstünlük qazanacaq".

O hesab edir ki, Çin hakimiyyəti əmək bazarındakı böhran fonunda cəmiyyətin narazılığını daha sərt üsullarla yatırmağa qadirdir, halbuki ABŞ siyasətçiləri mağazalarda boş rəflərə görə xalqın hiddətinə qarşı bu qədər müqavimət göstərə bilməz.

Qeyd edək ki, 2024-cü ilin əvvəlində Çin iqtisadiyyatının artım tempi gözləniləndən zəif olub. Aprel–iyun aylarında artım ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 4,7% təşkil edib.

İqtisadiyyatı canlandırmaq məqsədilə Çin hökuməti əsas faiz dərəcələrini və kreditləşmə üçün baza faizlərini aşağı salıb. Ölkə deflyasiya təhlükəsi, daşınmaz əmlak sektorunda uzunmüddətli böhran, artan borc səviyyəsi və istehlakçı ilə biznesin pessimist əhval-ruhiyyəsi ilə üzləşib. 2024-cü ilin üçüncü rübündə də iqtisadi böhran davam edib.


Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 May 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri