Icma.az
close
up
RU
Ticarət müharibəsi Rusiyanın Çinə ixracını artıracaq

Ticarət müharibəsi Rusiyanın Çinə ixracını artıracaq

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

ABŞ-Çin ticarət müharibəsi yenidən gündəmdədir. Ölkələr yeni tarif savaşının xarici ticarətlərlə təsirini dəyərləndirirlər. Görünən odur ki, burada uduzan tərəf ABŞ olacaq.

Teleqraf.com xəbər verir ki, ticarət müharibəsindən üçüncü ölkələr, o cümlədən Rusiya, faydalana bilər. Çin ABŞ-dan aldığı enerji məhsullarını əvəzləmək üçün Rusiya bazarına yönələ bilər. 2024-cü ildə Çin, Rusiyadan 95 milyard dollar dəyərində enerji məhsulları alıb və bu rəqəmin daha da artması mümkündür. Çünkı Rusiya, Çin üçün əsas neft və qaz tədarükçüsüdür.

Çin, ABŞ-dan idxal etdiyi sıxılmış təbii qazı Rusiyanın tədarükləri ilə əvəz edə bilər. Lakin, sanksiyalar bu ticarət mübadiləsini məhdudlaşdıra bilər.

Qeyd edək ki, 2024-cü ildə Çin Rusiyadan 95 milyard dollar dəyərində enerji resursları (neft, neft məhsulları, kömür, qaz) alıb, Rusiya Çinin ən böyük neft və qaz tədarükçüsüdür.

O ki qaldı ABŞ-Çin arasında yeni tarif siyasəti bu ölkələrin iqtisadiyyatlarına təsirlərinə - 2024-cü ilin 11 ayında ABŞ, Çindən 401 milyard dollar dəyərində mal idxal edib, 2023-cü ildə isə bu rəqəm 448 milyard dollar olub. İki ölkə arasında əməliyyatlar üzrə ticarət kəsiri 270 milyard dolları keçib. Çinlə ticarət kəsiri 2005-ci ildən bəri hər il 200 milyard dolları keçir. Donald Tramp kəsiri azaltmağa və ABŞ sənayesini dirçəltməyə söz verib. Ağ Ev rəhbəri Çin mallarına 10% rüsum tətbiqi qərarını da bununla əsaslandırıb. Lakin Rəsmi Pekinin Ağ Ev rəhbərinin qərarına cavabı gecikməyib. Çin 80 mal növünə 15% və 10% əlavə tarif tətbiq edib. Həmçinin ABŞ-yə nadir metalların ixracını məhdudlaşdırıb.

Çinin xarici ticarət statistikasına əsasən, ABŞ-nin tətbiq etdiyi tarif siyasəti 14 milyard dollar dəyərində məhsulu əhatə edir. Bu rəqəm Çinə ixrac olunan ABŞ məhsullarının 8,5%-ni təşkil edir. Həmin məhsulların sırasında neft (2024-cü il üçün 6 milyard dollar), minik avtomobilləri (3,1 milyard dollar), LNG (2,4 milyard dollar) və kömür (təxminən 2 milyard dollar) var.

Qeyd edək ki, Çin istehlak etdiyi neft və qazın digər ölkələrdən tədarükünə üstünlük verir. Məsələn, 2024-cü ilin sonuna olan rəqəmlərə əsasən, Çinin ümumi LNG idxalında ABŞ-nin maye qazı cəmi 5% paya malik olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 05 Fevral 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri