Icma.az
close
up
RU
Ticarət savaşı Rusiyaya da zərbə vuracaq

Ticarət savaşı Rusiyaya da zərbə vuracaq

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, “The Telegraph” nəşrinin yazdığına görə, neftin qiymətinin kəskin düşməsi səbəbindən Rusiya üçün təhlükə yaranıb, belə ki, treyderlər tariflərin doğurduğu qlobal iqtisadi yavaşımaya istinad edirlər. Bu, Rusiyaya neft gəlirlərindən itiriləcək on milyardlarla dollar bahasına başa gələcək.
“Goldman” şirkətinin iqtisadçısı Yuliya Jestkova-Qriqsbi ABŞ iqtisadiyyatında azalma olacağı halda, neft qiymətlərinin 2026-cı ilin dekabrına qədər 50 dollara düşəcəyini iddia edib. Amma bu da hələ son hədd deyil.
“Qlobal ÜDM artımının yavaşıdığı və OPEC+ hasilatının azaldılmasından tamamilə imtina ediləcəyi daha ekstremal və daha az ehtimal olunan ssenaridə biz düşünürük ki, “Brent” markalı neft 2026-cı ilin sonuna qədər bir barrel üçün məzənnə 40 dollardan bir qədər aşağı ünəcək”, - Qriqsbi deyib.
“JP Morgan” analitik mərkəzi isə, 60% ehtimal etdiyi, qlobal tiqtisadi enişin olacağı tərzdə, “Brent” markalı neftin 1 barrelinin qiymətinin 45 dollara qədər düşəcəyini bildirib.
Bütün bunlar Rusiya büdcəsinə çox baha başa gəlir, çünki neftin qiymətindəki 1 dollar azalma bir il davam edərsə, Rusiyaya ildə 2,7 milyard dollar itirir.
- Neftin qiymətində 10 dollarlıq dəyişiklik bir il ərzində neft ixracı gəlirlərində 25-30 milyard dollar fərq deməkdir. Bu, rubla, inflyasiyaya, və mərkəzi banka faiz dərəcələrini daha da artırmaq üçün daha çox təzyiq göstərəcək”, - Kiyev İqtisadiyyat Məktəbinin böyük iqtisadçısı Benjamin Hilqenştok deyib.
Onun sözlərinə görə, bu həm də vergi gəlirlərinin itirilməsi deməkdir. Rusiya bir il ərzində faydalı qazıntıların hasilatı vergilərinə görə bir trilyon rubl, sonra isə neft şirkətlərinin ödəməli olduğu əlavə mənfəət vergisindən bəlkə də bir az daha çox vəsait itirə bilər.
Bu ilin fevral ayında Rusiyanın aylıq neft ixracı 13,3 milyard dollar təşkil edib ki, bu da ümumi ixrac gəlirinin 42,5%-nə bərabər olub.
“50 dollarlıq məzənnənin Rusiyaya təzyiq göstərdiyinə şübhə yoxdur. Rusiya neftinin hasilatı 15-20 dollara başa gəlir, ona görə də hələ də mənfəət var, lakin onlar məhduddur”, - Massaçusets Texnoloji İnstitutunun Sloun Menecment məktəbinin professoru, Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş baş iqtisadçısı Saymon Conson bildirib.
Rusiya neftinin ucuz qiyməti onu Çin, Türkiyə və Hindistan üçün daha cəlbedici etməyi bacarsa da, Moskva daha çox neft satmaq üçün hasilatı artıra bilməz. Bununla belə, nə qədər qəribə görünsə də, Rusiya üçün bəlkə də ən böyük risk onun ən yaxın müttəfiqindən gəlir. Saymon Consonun firkincə, əgər Çin “ticarət savaşı”nda əks-tədbirləri gücləndirsə, o zaman bu vəziyyət bütün dünyaya yayılacaq. Nəticədə qlobal ÜDM-də daha çox yavaşıma olacaq və sonra neftin qiyməti daha da ucuzlaşacaq ki, bu da Rusiya üçün baha başa gələcək.
Qeyd edək ki, neftin ucuzlaşması fonunda Rusiyanın ESPO qarışığının məzənnəsi tarixdə ilk dəfə aprelin 7-də Qərbin 60 dollar/barrel qiymətindən aşağı düşüb. Bundan əlavə, Rusiyadan neft ixracı əsas Sakit okean növünün tədarük həcminin düşməsi səbəbindən azalır.
Bundan əvvəl “Reuters” agentliyi ABŞ prezidenti Donald Tramp və Vladimir Putin arasında danışıqlardan bir neçə həftə əvvəl Rusiyanın Mərkəzi Bankının Kremlə neftin qiymətinin SSRİ-nin dağılmasından əvvəlki kimi uzun müddətə ucuzlaşa bilməsi ehtimalı barədə xəbərdarlıq etdiyini yazmışdı.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://azvision.az
archiveBu xəbər 10 Aprel 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri