Icma.az
close
up
RU
“Ticarət və Logistikada Qadınların Tərəfdaşlığı” Assosiasiyasının rəsmi təqdimatı keçirilib

“Ticarət və Logistikada Qadınların Tərəfdaşlığı” Assosiasiyasının rəsmi təqdimatı keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

Bakıda Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində ticarət və logistika sahəsində çalışan qadınları birləşdirən “Women in Trade and Transport” (Women in TLP – “Ticarət və Logistikada Qadınların Tərəfdaşlığı”) Assosiasiyasının regional strukturunun təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbir davamlı nəqliyyat və ticarət üzrə “GIZ” layihəsinin, davamlı nəqliyyat və ticarət üzrə Trans-Xəzər dəhlizinin Regional İşçi Qrupunun və “Ticarət və nəqliyyat sahəsində Şərq Tərəfdaşlığı” layihəsinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə çıxış edən Mərkəzi Asiya və Qafqazda Nəqliyyat və Logistika üzrə Tərəfdaşlığın (TLP) sədri Larisa Kislyakova təşkilatın regional ofisinin açılmasının əhəmiyyətini vurğulayaraq bunun yeni birgə təşəbbüslərin başlanğıcı olacağını bildirib: “Bu gün biz strukturumuz çərçivəsində ilk addımı atırıq. Artıq 200-dən çox üzvümüz var və qadınlar getdikcə daha fəal təşəbbüslər göstərirlər. Onlara əlavə dəstəyin göstərilməsi olduqca vacibdir”.

“Women in TLP”nin Mərkəzi Asiya və Qafqaz üzrə regional strukturunun sədri Ayjan Beiseyeva çıxışında bildirib ki, təşkilat müxtəlif ölkələrdən olan mütəxəssislərin səylərini birləşdirməyə və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca əməkdaşlığın inkişafına kömək edir.

“Artıq Mərkəzi Asiya üçün strategiya hazırlamışıq. İndi isə fəaliyyətimizi Cənubi Qafqaza genişləndirərək, Azərbaycan və Gürcüstanın özəlliklərini nəzərə alacağıq. Bu, ümumi yanaşmaların formalaşdırılmasına və ticarət-logistika sahəsində qarşıda duran əsas tapşırıqların həllinə imkan verəcək”, – deyə o vurğulayıb.

“Women in TLP Azerbaijan”ın ölkə üzrə direktoru Sabina Tanrıverdiyeva isə logistikanı “insanları və mədəniyyətləri birləşdirən körpü” adlandırıb.

“Bu gün qadınlar liderlik keyfiyyətlərini və idarəçilik bacarıqlarını nümayiş etdirərək biznesə və beynəlxalq əməkdaşlığa mühüm töhfə verirlər. Pandemiya dövründə məhz logistika ölkələr arasında əlaqəni təmin edirdi. Buna görə də qadınların bu sahədə iştirakı və onların peşəkar inkişafı xüsusi əhəmiyyət kəsb edir”, – deyə o bildirib.

Çıxış edənlər, həmçinin təşəbbüsə dəstəyə görə “GIZ” layihəsinə və Azərbaycan–Alman Ticarət Palatasına təşəkkür ediblər. Görüş iştirakçıları qeyd ediblər ki, “Women in TLP” fəaliyyəti qadınlara networking, təcrübə mübadiləsi, yeni bazarlara çıxış imkanları yaradır, həmçinin onların nəqliyyat və logistika sahələrində iştirakının genişlənməsinə töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri