Icma.az
close
up
RU
Menu

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

“Qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

Naxçıvanın enerji sistemi yenidən qurulur

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

Yağış suları parkinqdə lüks avtomobilləri məhv etdi VİDEO

Tiflisdə QərbRusiya savaşı: nə “Gürcü Arzusu” geri çəkilir, nə müxalifət

Tiflisdə QərbRusiya savaşı: nə “Gürcü Arzusu” geri çəkilir, nə müxalifət

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Mərkəz rəhbəri: “Etirazlar səngiyə bilər, amma artıq çatlar var, qütbləşmə var ki, bu, gələcək böhrandan xəbər verir”

Dekabrın 14-də Gürcüstan Parlamentində prezident seçkiləri ilə bağlı səsvermə keçirilib. Prosedur parlamentin plenar iclaslarının zalında baş tutub və ona Mərkəzi Seçki Komissiyası (MSK) rəhbərlik edib.

Səsvermə açıq şəkildə aparılıb. Əvvəlcə Gürcüstan Parlamentinin üzvləri, sonra isə əlifba sırası ilə digər dövlət orqanlarının nümayəndələri səs veriblər. Müxalifət prosesdə iştirak etməyib. Üç yüz nəfərlik seçki kollegiyasının tam tərkibinin üçdə ikisinin - azı 200 üzvünün səsi prezidenti seçmək üçün kifayətdir.

MSK tərəfindən seçkilərin nəticələri barədə məlumat verilib. Bildirib ki, 224 seçici hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının və ümumilikdə seçkidə tək nazmiəd olan Mixail Kavelaşvilinin lehinə səs verib. Səsvermədə 225 üzv iştirak edib, bülletenlərdən 1-i etibarsız hesab edilib. Yeni qayda ilə seçilən Gürcüstan Prezident 5 il müddətinə vəzifəsini icra edəcək. Xatırladaq ki, ilk dəfə olaraq Gürcüstanda dövlət başçısını seçicilər kollegiyası seçiblər.

Qeyd edək ki, Kavelaşvilinin 53 yaşı var. O, siyasətə gəlməmişdən əvvəl peşəkar futbolçu olub. Kavelaşvilinin ali təhsili yoxdur. Məhz bu səbəbdən o, 2015-ci ildə Gürcüstan Futbol Federasiyasının prezidenti postuna namizədliyini irəli sürə bilməyib. Bu hadisə onun həyatında dönüş nöqtəsi oldu. Keçmiş futbolçu siyasətə keçib. 2016-cı ildə Kavelaşvili ilk dəfə “Gürcü Arzusu”ndan parlamentə seçilib.

“Gürcü Arzusu”ndan bildirilib ki, “Kavelaşvili hətta diplomu olan çoxlarından daha savadlıdır” və “vətənini sevmək üçün diploma ehtiyac yoxdur”. Formal olaraq qanunda namizədlərdən ali təhsil haqqında attestat və hətta məktəbi bitirmək haqqında attestat təqdim etməyi tələb edən heç bir müddəa yoxdur. Lakin Gürcüstanda heç vaxt ali təhsili olmayan prezident olmayıb.

Oktyabrın 26-da keçirilən parlament seçkilərininn nəticələrini tanımayaraq etiraza qalxan və hələ də aksiyalarını davam etdirən gürcü müxalifəti prezident seçkilərini də tanımadığını bəyan edib. Müxaliflər bildiriblər ki, saxta yolla keçirilən seçkidə özünü qalib elan edən “Gürcü Arzusu”nun formalaşdırdığı parlamentin keçirdiyi prezident seçkisi legitim ola bilməz. Partiyalar hazırkı Prezident Salome Zurabişvilini legitim dövlət başçısı hesab etdiklərini qeyd ediblər. Hökumətə müxalif olan Prezident xanım Zurabişvili də seçkilərin nəticəsini tanımadığını söyləyib.  

Qonşu ölkədə etiraz aksiyalarının bu seçkidən sonra daha da şiddətlənəcəyini proqnozlaşdıran əksər ekspertlər hesab edirlər ki, Gürcüstanda siyasi böhran vəziyyəti davam edəcək.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA-ya müsahibəsində bildirib ki, prezident seçkiləri baş tutsa da, hakim partiyanın dəstəklədiyi şəxs Gürcüstan Prezidenti postuna sahib olsa da, ölkədə siyasi gərginik davam edəcək:

- Hesab edirəm ki, etiraz aksiyaları getdikcə güclənəcək, müxalifət tərəfdarları artacaq və hökumət daxilində parçalanmalar olacaq. Hakim “Gürcü Arzusu”nun iki yolu var: ya müxalifətə güzəştə getməli və yeni parlament seçkiləri təyin etməlidir, ya da əksinə, hakimiyyət etiraz aksiyalarını boğaraq nəzarəti ələ almalıdır. Birinci variantda “Gürcü Arzusu”nun məğlubiyyəti qaçılmaz olacaq. Gürcüstan hökuməti yaxşı bilir ki, müxalifətin tələblərini yerinə yetirsə, hakimiyyəti  itirəcəklər. Görünən odur ki, “Gürcü Arzusu” ikinci variantı seçib. Amma hökumət etirazları polis gücünə yatırsa da, bu, ölkədə sabitliyin bərqərar olması anlamını verməyəcək.

- Yəni böhranın davam edəcəyi ehtimalı çoxdur...

- Bilirsiniz, hazırda demək olar ki, Gürcüstan cəmiyyəti ikiyə parçalanıb. Gənclər Avropaya inteqrasiyanı, nisbətən orta və yaşlı nəsil isə indiki hökumətin Rusiya ilə münasibətləri bərpa etmək cəhdlərini dəstəkləyir. Əlbəttə, bu parçalanmanın təsirləri özünü göstərəcək. İndiki halda fövqəladə vəziyyət müvəqqəti də olsa, “Gürcü Arzusu” hökumətini qorumağa imkan verə bilər. Amma müxaliflərin, Avropaya inteqrasiya tərəfdarlarının mübarizəsi davam edəcək. Sabah insanlar küçələrə axın etməyə bilərlər, amma ölkədəki fikir ayrılığı, ixtilaflar dərinləşəcək, bu isə gərginliyi daha da artıracaq. Bununla yanaşı, Qərb ölkələri nə Gürcüstan hökumətinin və parlamentin legitimliyini tanıyır, nə də yeni dövlət başçısını tanıyır. Bütün bunlar siyasi böhranın davam edəcəyini deməyə əsas verir. Etirazlar səngiyə bilər, amma artıq çatlar var, qütbləşmə var ki, bu, gələcək böhrandan xəbər verir.

- Gürcü cəmiyyətindəki parçalanma deməyə əsas verirmi ki, əslində bu gün Gürcüstanda baş verənlər Qərblə Rusiya arasındakı savaşdır?

- Əlbəttə, bu, iki gücün savaşıdır. Bu gün Gürcüstanda Qərblə Rusiyanın maraqları toqquşur. Düzdür, “Gürcü Arzusu” hökumətinin bu gün Rusiya ilə açıq əlaqələri və diplomatik münasibətləri yoxdur. Buna baxmayaraq, “Gürcü Arzusu”nun qurucusu və demək olar ki, idarəçisi olan oliqarx Bidzina İvanişvili Rusiyanın rəqibi olan Qərbi Gürcüstan üçün də təhlükə kimi qiymətləndirir. İvanişvili və onun nəzarət etdiyi hakim komanda belə hesab edirlər ki, Gürcüstan Avropa İttifaqına öz gündəmi ilə daxil olmalıdır. Avropa İttifaqı isə əksinə, hesab edir ki, əgər Gürcüstan İttifaqa üzv olmaq istəyirsə, rəsmi Tiflis Brüsselin bütün şərtlərini qəbul etməlidir. İxtilaf da məhz buna görə yaranıb. Gürcüstan Parlamentinin qəbul etdiyi iki qanun rəsmi Tiflis ilə Brüsselin yollarını ayırdı. Buna baxmayaraq, Gürcüstan hökuməti Avropa İttifaqına üzvlükdən imtina etməmişdi. Amma Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə dondurmaq qərarı vəziyyəti daha da gərginləşdirdi. Halbuki, bunu elan etmədən də hökumət müstəqil siyasətini davam etdirə bilərdi və proseslər belə genişlənməzdi.

- “Gürcü Arzusu”nun bu qərarı düşünülməmiş qərar idi, yoxsa bilərəkdən məqsədi tez zamanda ortaya qoydu?

- Deməzdim ki, düşünülməmiş verilən qərar idi. Məncə, parlament seçkilərindən sonra Qərbin bu seçkilərə yanaşması “Gürcü Arzusu”nda qıcıq yaratdı və belə qərara gəlindi ki, bu addımı atsınlar. Bununla Qərbə mesaj vermək istədilər. Amma Gürcüstan Baş nazirinin qərarı Ukraynada 2013-cü ildəki hadisələrə bənzədi. Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviç 2013-cü ildə fikrini iki dəfə dəyişdi, əvvəlcə Avropa İttifaqı ilə assosiativ saziş imzalamağa hazır olduğunu bildirsə də, Kremlin təzyiqi altında bu fikrindən imtina etdi. Nəticədə Ukrayna gəncləri Kiyevdə davamlı mitinq və küçə yürüşlərinə başladılar. Bu hadisələrin Ukrayna üçün ağır nəticələri oldu. Rusiya əlinə düşən fürsətdən istifadə edərək əvvəlcə Krımı ilhaq etdi, ardınca hərbi qüvvələri Ukraynanın şimalına daxil oldular, müharibə bu gün də davam edir. Eynilə Gürcüstan hökumətinin qərarı da ölkədəki Avropaya inteqrasiya tərəfdarlarını ayağa qaldırdı. Yenə deyirəm, “Gürcü Arzusu” müxtəlif yollarla etirazların səngiməsinə çalışır. Amma buna nə dərəcədə nail ola biləcəklər, zaman göstərəcək.

- Gürcüstanda baş verənlərə Azərbaycanın mövqeyi necə olmalıdır?

- Təbii ki, biz qonşu dövlət olan Gürcüstanda sabitlik və təhlükəsizlikdə maraqlıyıq. Azərbaycan Qərb ölkələrindən fərqli olaraq Gürcüstanın daxili işlərinə qarışmamaqla, hakimiyyətlə müxalifət arasındakı mübarizədə tərəf tutmamaqla doğru strategiya aparır. Azərbaycan üçün önəmli olan Gürcüstanda sabitliyin bərqərar olmasıdır. Azərbaycan Gürcüstanda xaosun davamlı olmasını arzulamır. Nəzərə almaq lazımdır ki, Gürcüstanda yüz minlərlə azərbaycanlı yaşayır və onların təhlükəsizliyi də bizim üçün önəmlidir. Gürcüstandakı xaosdan Qərbdəki qüvvələr öz məqsədləri üçün istifadə edirlər ki, bu, Cənubi Qafqaz üçün arzuolunmaz haldır. Biz həm də bölgəmizdə gərginliyi istəmirik. Ümumiyyətlə, Gürcüstanda mübarizə aparan qüvvələr arasındakı prosesə qarışmaq düzgün deyil. Azərbaycan Gürcüstanda istənilən hakimiyyətlə strateji tərəfdaşlığı davam etdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 Dekabr 2024 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see135

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see128

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see118

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see116

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see115

“Qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”

17 İyul 2025 07:44see115

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see114

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see113

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Yağış suları parkinqdə lüks avtomobilləri məhv etdi VİDEO

17 İyul 2025 08:00see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri