Icma.az
close
up
RU
Tikinti sahəsi ilə bağlı üç dövlət qurumu birləşdirilmədən öncə iqtisadi ziddiyyətlər həll olunmalıdır

Tikinti sahəsi ilə bağlı üç dövlət qurumu birləşdirilmədən öncə iqtisadi ziddiyyətlər həll olunmalıdır

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda üç dövlət qurumunun birləşdiriləcəyi gözlənilir. Belə ki, hökumətdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX), Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin vahid qurumda birləşdirilməsi ilə bağlı müzakirələr aparılır.

Əmlak Məsələri üzrə ekspert Elnur Azadov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dövlət strukturlarında təkmilləşdirmə işlərinin aparılması ilə bağlı belə bir müzakirə keçən ildən aparılır.

Elnur Azadov

“Keçən il Bakı şəhərinin Baş Planı təsdiq olunduqdan sonra ictimaiyyətə təqdim edildi. Bir ildən çox vaxt keçib. Hələ də tikinti şirkətləri və tikinti sahəsində islahatların aparılması ilə bağlı müvafiq sərəncamların, icazələrin və tikintiyə nəzarət məsələlərinin həlli ilə bağlı proses öz müvafiq həllini tapmayıb. Məsələn, hərhansı bir təyinatlı obyektin inşaası zamanı öncə onun torpağa dair mülkiyyət sənədləri düzgün olmalıdır. Daha sonra bu kimi sənədləşmə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində təsdiq edilməlidir. Proses başlandıqdan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həmin bina qeydiyyata alıınmalıdır və həmin proses nəzarət altında olmalıdır. Əslində bu 3 qurum Bakı şəhərində və ölkə üzrə aparılan tikinti proseslərində birbaşa əlaqəli təşkilat olduqlarına görə, onların arasında müəyyən ziddiyyətlər yaranır. Sənəd mübadiləsi, ziddiyət, uyğunsuzluqlar və s. bu baxımdan bu 3 qurumun birləşməsi və yaxud bu qurumların strukturlarının ayrıca bölünərək bir vahid nöqtəyə birləşməsi önəmli prioritet məsələdir.

Doğrudur, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bütünlüklə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birləşməsi və bura Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunun bağlanması düzgün olmaz. Çünki həmin qurumlar üçün ölkə üzrə bir çox iqtisadi proseslər var ki, belə birləşmə uyğun gəlməz. Həmin qurumlar yüzlərlə prosesdə iştirak edir. Onların idarə etdikləri resusrsları var ki, həmin proses və resursların Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin bu qurumu ilə heç bir əlaqəsi yoxdur”-deyə Elnur Azadov qeyd edib.

P.S. Tikinti sahəsilə bağlı bütün proseslərin bir qurumda, bir pəncərədə toplanması əslində bu günün reallıqlarına uyğun məsələdir. Amma bu məsələ detallı şəkildə araşdırılmalı və proseslərin şəffaf şəkildə həyata keçirilməsi istiqamətində addımlar atılmalıdır.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Fevral 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see224

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see211

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see201

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see175

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see171

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see170

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see164

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see153

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see144

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see141

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see141

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see141

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see140

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see134

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see131

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri