Icma.az
close
up
RU
Tikinti şirkətlərinin fırıldaqları: "Sökəndə 2, satanda 3 4 mindən hesablayırlar"

Tikinti şirkətlərinin fırıldaqları: "Sökəndə 2, satanda 3 4 mindən hesablayırlar"

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Yeni tikililərdə mənzillərin sahəsi 60-70 kvadratmetrdən başlayır. Bu, mənzili 20-30 kvadratmetr olan sakinlərin yeni evlərlə təmin olunmasını çətinləşdirir. Sökülən evlərə görə verilən kompensasiya ilə ev sahibləri ancaq şəhərdən kənarda yerləşən ucqar kənd və qəsəbələrdə kiçik evlər ala bilirlər. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun olsa da, tikinti şirkətləri vətəndaşlarla qiymətləndirici təşkilatlar vasitəsilə deyil, birbaşa danışıqlar aparır. Çünki digər qanunlara görə, evin sökülməsi yalnız tikinti şirkətləri ilə vətəndaşlar arasında razılaşma əsasında həyata keçirilə bilər. Lakin dövlət ehtiyacları üçün ərazilərin alqı-satqısı zamanı qiymətləndirməni qiymətləndirmə təşkilatları həyata keçirir”.

Bunu Bakupost.az -a əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

O bildirib ki, tikinti şirkətləri vətəndaşları öz şərtlərinə razı salmaq üçün müxtəlif inandırma üsullarından istifadə edirlər: “Tikinti şirkətləri müəyyən ərazilərdə evləri söküb yeni binalar tikəndə, adətən, sakinləri öz ofisinə dəvət edir, orada hər biri ilə ayrı-ayrılıqda sövdələşmənin şərtləri ilə bağlı danışıqlar aparırlar. Onların təklifi ilə razılaşmayan sakinləri işlərinyubatmaqda və artıq pul tələb etməkdə günahlandıraraq məhkəməyə verirlər. Bu zaman onlar dövlət qurumlarından aldıqları qənaətləri məhkəməyə təqdim edirlər. Çox vaxt məhkəmələr tikinti şirkətlərinin xeyrinə qərarlar verirlər. Bu, onlara söküntü işlərinə görə az miqdarda kompensasiya hesablamaq imkanı verir. Tikinti şirkətləri təcrübəli olduqları üçün çox vaxt öz qiymətlərini vətəndaşlara diktə edə bilirlər".

Ekspertin sözlərinə görə, vətəndaş üçün ən məqbul variant odur ki, evi söküləndə yeni tikiləcək binada sahəsi əvvəlkindən 20 faiz daha böyük olan mənzil alacağına zəmanət əldə etsin:

"Çünki yeni tikililərdə mənzillərin qiyməti sürətlə qalxır. Hazırda əksər ərazilərdə yeni tikililərdə mənzilin 1 kvadratmetrinin qiyməti 2500-3000 manatdan aşağı deyil. Lakin tikinti şirkətləri sökülən mənzillərin hər kvadratmetrinə görə, ən yaxşı halda 2000 manatdan kompensasiya hesablayırlar. Bu, real bazar qiymətindən xeyli aşağıdır. Hazırda Bakının bəzi ərazilərində mənzillərin 1 kvadratmetrinin dəyəri 4 min kvadratmetrdən başlayır”.

Sevinc,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Aprel 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri