TikTok” beynimizi çürüdür?
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Amerika Psixologiya Assosiasiyasına istinad edilən bəzi qiymətləndirmələrə görə, TikTok, "Instagram Reels" və "YouTube Shorts" kimi platformalarda uzun müddət vaxt keçirmək diqqət və impuls nəzarətinə mənfi təsir göstərə bilər.
Ölkə.az xəbər verir ki, 71 araşdırmanın və 98 mindən çox iştirakçının məlumatlarının təhlil edildiyi nəticələrə əsasən, izlənilən qısa video sayı artdıqca diqqət müddətinin qısaldığı və nəzarət mexanizmlərinin zəifləyə bildiyi qeyd olunur.
Mütəxəssislərin fikrincə, bu platformaların alqoritmləri tez-tez və sürətli dopamin ifrazını stimullaşdıraraq zehni yorğunluğa səbəb ola bilər. Bu vəziyyətin uzunmüddətli perspektivdə narahatlıq və stress səviyyəsini artıra biləcəyi bildirilir.
Bununla belə, ekspertlər vurğulayır ki, “beyin çürüməsi” kimi ifadələr elmi termin deyil və təsirlər istifadə müddəti ilə fərdi vərdişlərdən asılı olaraq dəyişə bilər.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 14 Aprel 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















