TikTok da qadınla tanış oldu, evinə gedib 15 yaşlı qızını qaçırdı
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Sabirabad rayonunda 15 yaşlı qızı qaçıran şəxs həbs edilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Sabirabad sakini, 1997-ci il təvəllüdlü Gülxan Əvəzov (ad və soyad şərtidir) "TikTok" sosial şəbəkəsində Hacıqabul rayonundan olan Ləman adlı xanımla tanış olub. Bir müddət danışandan sonra Gülxanla Ləman arasında münasibət yaranıb.
Bir gün Gülxan Hacıqabul rayonuna Ləmangilə qonaq gedib. O, evdə olarkən Ləmanın 15 yaşlı qızını görüb. Qızla Gülxan arasında sevgi münasibəti yaranıb və onlar telefonla danışmağa başlayıblar. Bir müddətdən sonra 15 yaşlı qız Gülxanla ailə qurmaq istədiyini bildirib. Gülxan bu barədə onun anası Ləmana deyib və o, buna etiraz etməyib. Bir neçə gündən sonra Gülxan qızı qaçırıb.
Bunun ardınca Gülxanın atası Ləmangilə gedib və ona oğlunun qızı ilə evlənmək istədiyini bildirib. Ləman isə deyib ki, qızı azyaşlıdır, yalnız yaşı tamam olandan sonra evlənə bilərlər. Gülxanın atası onunla razılaşıb və qızı anasının evinə qaytarıblar.
Bir müddətdən sonra isə qızın təkidi ilə Gülxan onu yenidən qaçırıb və Gəncə şəhərinə aparıb. Onlar bir gecə Gəncə şəhərində "İmamzadə" məscidinin yaxınlığındakı ağaclıqda gecələyiblər və orada cinsi əlaqədə olublar. Daha sonra Sabirabad rayonuna, Gülxanın atası evinə gəliblər.
Hadisədən xəbər tutan Ləman hadisə barədə polisə məlumat verib. Polisin keçirdiyi əməliyyatla Gülxan saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
Cinayət işi Sabirabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı zamanı 15 yaşlı qız öz istəyi ilə qaçdığını bildirib və Gülxandan şikayətçi olmayıb.
Məhkəmənin hökmü ilə Gülxan Əvəzov 1 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 14 Noyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















