Icma.az
close
up
RU
“TikTok” uğruna nüfuzunu riskə atanlar ­ Müəllim adına belə zərbə vurulur

“TikTok” uğruna nüfuzunu riskə atanlar ­ Müəllim adına belə zərbə vurulur

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial şəbəkələr gündəlik həyatımızın elə ayrılmaz hissəsinə çevrilib ki, sanki gözümüzü dünyaya açandan bu texnologiyaların içində olmuşuq. Xüsusilə də orta və yaşlı nəsil insanlar sosiallaşmaq məsələsində texnologiya dövrünün gənclərini kölgədə qoyublar.
Sual yaranır: Bəs əlindən kitab, qəzet düşməyən, hər fürsətdə yeni nəslə bunu aşılamaq adı ilə qaxınc edən bu ağsaqqal və ağbirçəklərə nə oldu? Niyə indi sosial şəbəkələrdən çıxa bilmirlər?
Üstəlik sosial platformanın daha ciddi kontentində görünsələr, bəlkə də bu qədər müzakirə mövzusu olmazdılar, amma Tiktok kimi qeyri-ciddi şəbəkədə canlı açıb, hədiyyə qazanmaq üçün yaşlarına yaraşmayan hərəkət etmələri ikrahdoğurucudur.
 

Xüsusilə son zamanlarda müəllimlərin də sosial şəbəkələrdə, canlı yayımlarda aktiv iştirak etməsi cəmiyyətdə qınağa səbəb olur. Bəziləri bunu müəllimlərin müasir dövrə uyğunlaşması, onların də sıradan insan olması kimi qiymətləndirsə də, digərləri belə fəaliyyətin müəllimin peşə nüfuzuna və şagirdlərlə münasibətlərinə mənfi təsir göstərə biləcəyini bildirirlər.  


Mövzu ilə bağlı təhsil üzrə ekspert, əməkdar müəllim İradə Qayıbova Bizim.Media-ya bildirib ki, sosial şəbəkələr həyatımızın bir hissəsinə çevrilsə də, müəllimlər illərlə qazandığı nüfuzu və nümunəvi müəllim adının dəyərini unutmamalıdır:
“Heç olmasa, gənc müəllimələr canlıda hansısa səviyyəsiz hərəkət etsə, yaşını və onun böyüdüyü dövrü nəzərə alıb keçmək olar. Amma 50-60 yaşlı müəllimlərin canlı açıb peşəsini nəzərə almadan artıq-əskik hərəkətlərinə məəttəl qalmamaq mümkün deyil.
Axı bu insanlar həm yaş, həm təcrübə baxımından atdığı addımları, peşəsinin nüfuzunu qorumalıdırlar. Yeniyetmələrə nümunə olmaq əvəzinə, onları doğru yoldan kənarlaşdırmaq müəllim adına ləkədir. Müəllim öz şagirdləri ilə deyə-gülə, şənlənə bilər, amma bayağı hərəkətlərə yol verməməlidir. Məktəbdə olduğu kimi, kənarda da pərdəni gözləməlidir”.
Ekspert vurğulayıb ki, sosial şəbəkə doğru istifadə etdikdə, əslində çox faydalıdır:
“İstər məktəbdə, istərsə də dərsdən kənar görülən işlər, qeyd edilən tədbirlər, ədəbi gecələrlə bağlı paylaşımlar oluna bilər. Yaxud müəllim öz şagirdinin uğurlarından bəhs edər, bununla da öz savad və bacarığını təsdiqləmiş olar. Zamanla ayaqlaşmaq lazımdır, əlbəttə, amma ad və nufuzunu itirməmək şərtilə”.  
Qeyd edək ki, “Təhsilverənlərin etik davranış Qaydaları”na əsasən Təhsilverən işlədiyi müəssisənin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Mart 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri