Icma.az
close
up
RU
Tiktoker Roşka intihara cəhd edib

Tiktoker Roşka intihara cəhd edib

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

“Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə növbəti məhkəməsi prosesi başlayıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rövşən Süleymanov ifadə verib.

Təqsirləndirilən şəxs ifadəsində 3 dəfə intihara cəhd etdiyini bildirib:

"Uşaqlıqdan musiqiyə həvəsim olub. Bəli, TikTok-da qeyri-etik paylaşımlar, yayınlar etmişəm, Bunu danmıram, amma bu məsələyə görə özümü təqsirli bilmirəm. Mənim günahım yoxdur. Ümumilikdə 30 tiktoker saxlanılıb, onlardan yalnız mən azadlığa buraxılmamışam. Onlar mənim dostlarım, qardaşlarımdır. Hamımız eyni maddə ilə ittiham olunmuşuq.

Xahiş edirəm bu məsələdə bərabərlik təmin olunsun. Evin tək uşağıyam, heç bir dayağım yoxdur. Dövlətimi özümə dayaq bilirəm. Bəli, məni evdə gözləyən ailəm yoxdur, amma məni sevən insanlar var. Xahiş edirəm, işimə ətraflı və ədalətli şəkildə baxılsın. Sizin ədalətə güvənirəm. Mənim dövlətdən başqa heç kimim yoxdur. Xahiş edirəm məni ev dustaqlığına buraxın".

Təqsirləndirilən şəxsin müdafiəçisi Muradlı Mircəlal  müvvəkilinin ev dustağlığına buraxılmasını xahiş edib.

Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti ilə razılaşıb.

Vəsatət təmin olunmayıb.

Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi rayonu Məhkəməsininin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. 

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə də 45 günlük inzibati həbs edilib.

Fidan Fərmanlı 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 İyul 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri