Icma.az
close
up
RU
“Tiktok”u zəbt edən qeyrietik PAYLAŞIMLAR Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?

“Tiktok”u zəbt edən qeyrietik PAYLAŞIMLAR Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi son vaxtlar ölkəmizdə bir neçə tiktoker həbs olunub.
Həbslərin səbəbi müxtəlif olsa da, onlar davranışlarıyla cəmiyyətə birbaşa təsir edirlər.
Nəticədə, canlı yayımlarda qeyri-etik sözlər davranışlar sərgiləyən, hətta bəzən reytinq xətrinə övladlarını istifadə edən, saxta xəbərlər yayan, insanların şərəf və ləyaqətini alçaldan insanların sayı artır.
Ümumiyyətlə, sosial şəbəkə fenomenlərinə qarşı belə tədbirlərin görülməsi ilk deyil. Dünyanın bir çox ölkəsində belə hallar yaşansa da, sosial şəbəkələrlə bağlı xüsusi nəzarət tədbirləri, qanun layihələri və maarifləndirmə işləri aparılır. Bizdə isə belə qanun layihəsi mövcud deyil.
Məsələylə bağlı Bizim.Media-ya açıqlama verən sosioloq Üzeyir Şəfiyev  cəmiyyətə xeyli təsir göstərən bu fenomenlərlə bağlı aparılmalı maarifləndirmə işləri, tənzimləmələr və s barədə fikirlərini bildirib:
“Bəzi sosial media istifadəçiləri hüquqi məsuliyyətlərini başa düşməyib, əxlaqa, hüquqa zidd davranışlar sərgiləyirlər. Çünki onlar düşünürlər ki, sosial media platformasında istədiklərini edə bilərlər. Halbuki, fərqində olmalıdılar ki, hərəkətləri real dünyada olduğu kimi, virtual dünyada da hüquqi məsuliyyət daşıyır. Bu baxımdan hüquq mühafizə orqanlarının həmin şəxslərlə bağlı gördükləri tədbirlər təqdirəlayiqdir. Bu, davamlı xarakter daşımalı, kompaniya formasında olmamalıdır”.
Sosioloq sosial şəbəkələri tənzimləyən ayrıca qanunun olmasını təklif edib:
“Həmçinin, istifadəçilər sosial şəbəkə platformalarıyla bağlı maarifləndirilməlidirlər. Bəzi ölkələrdə, məsələn, Almaniya 2017-ci ildə bəzi sosial şəbəkələrlə müqavilə bağladı. Buna əsasən, platformalarda saxta adlarla insanları təhqir edən, yalan xəbərlər paylaşan istifadəçilər tapılır, Almaniya hökümətinə verilir və onlarla bağlı tədbirlər görülürdü. Təklif edirəm ki, Azərbaycanda da belə bir müqavilə bağlansın”.
Üzeyir Şəfiyev belə qeyri-etik paylaşımların cəmiyyətə mənfi təsiri, o cümlədən, insanların xüsusilə, azyaşlıların bundan asılı olmasını da problem kimi qeyd edib.  
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Noyabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see255

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see253

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see228

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see212

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see171

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see171

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see158

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see153

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see147

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see141

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see140

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see139

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see138

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see132

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri