“TinyTamers” komandası “GameTech Bootcamp”də birinci olub
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) İnnovativ biznes inkubator şöbəsinin tələbələri Bakı şəhərində keçirilən “GameTech Bootcamp”də I yerə layiq görülüblər.
XQ xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən “bootcamp”da AzMİU-nun Dizayn fakultəsinin tələbəsi Aysel Qasımova, Mexanika və informasiya texnologiyaları (AzMİU MİT) fakültəsinin tələbəsi Rəşid Dursunovun təmsil etdiyi “TinyTamers” komandası qalib olub.
Komanda müsabiqə çərçivəsində azyaşlı uşaqlar üçün süni intellekt və oyun texnologiyalarını birləşdirən “AI Pets for Kids” layihəsini təqdim edib. Layihə uşaqların texnologiyadan daha faydalı və interaktiv şəkildə istifadəsinə, yaradıcılıq və rəqəmsal bacarıqlarının inkişafına yönəlib.
“Bootcamp”də AzMİU MİT fakultəsinin digər tələbələri, universitetin əməkdaşları da müxtəlif komandaların tərkibində fəal iştirak edərək layihələrin hazırlanması, komanda işi və innovativ ideyaların təqdim olunması prosesinə töhfə veriblər.
Qeyd edək ki, AzMİU tələbələrinin innovasiya və texnologiyayönümlü proqramlarda əldə etdikləri bu uğur onların müasir texnologiyalara olan marağının, yaradıcılıq potensialının və praktiki bacarıqlarının göstəricisidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 Sentyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















