Icma.az
close
up
RU
Tiranda gələcəyə birgə addım ASB Zirvəsi və Azərbaycan

Tiranda gələcəyə birgə addım ASB Zirvəsi və Azərbaycan

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlham Əliyevin Albaniyaya səfəri gözlənilir. O, Albaniyanın paytaxtı Tiranada keçiriləcək ASB-nin 6-cı Zirvə toplantısında iştirak edəcək. Zirvə toplantısında 45 ölkənin dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri olacaq. Bu səfər ölkə başçısının ASB-nin Zirvə toplantısında ilk iştirakı deyil. İlham Əliyev bu tədbirdə dəfələrlə iştirak edib.

Azərbaycan ilə Albaniya arasında münasibətlər son illərdə təkcə diplomatik çərçivədə deyil, həm də dərin siyasi və iqtisadi əməkdaşlıq müstəvisində inkişaf edib. Albaniya 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb, bir il sonra isə rəsmi diplomatik əlaqələr qurulub. Bu münasibətlər illər ötdükcə qarşılıqlı hörmət və etimada əsaslanan strateji tərəfdaşlığa çevrilib.

2022-ci ilin noyabrında Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələyə qədəm qoyub. Ardınca Albaniya rəhbərliyinin Azərbaycana cavab səfərləri, eyni zamanda hər iki ölkədə səfirliklərin açılması ilə əlaqələr artıq formal çərçivədən çıxaraq daha davamlı və sistemli xarakter almağa başlayıb.

Albaniya ilə əməkdaşlıq iqtisadi münasibətlərdə, xüsusilə enerji sahəsində diqqətəlayiq şəkildə genişlənir. Məsələn, SOCAR-ın dəstəyi ilə Korça şəhərinin qazlaşdırılması planlaşdırılır və bu, Azərbaycanın maliyyə yardımı ilə reallaşacaq. Apreldə layihənin təqdimatı zamanı Albaniyanın Baş naziri Edi Rama Prezident İlham Əliyevin dəstəyini "misilsiz" adlandıraraq onun ölkəsinin ən böyük dostu olduğunu vurğulayıb.

Bu münasibətlər təkcə iqtisadi maraqlarla məhdudlaşmır. İkinci Qarabağ müharibəsindən sonra Albaniyanın BMT Təhlükəsizlik Şurasındakı qərəzli təşəbbüslərə qarşı çıxması, Bakının beynəlxalq müstəvidə dəstəklənməsinin bariz nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti son illərdə ardıcıl və məqsədyönlü şəkildə inkişaf edərək ölkəmizin beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu siyasət Azərbaycanın regional və qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınmasına, həmçinin beynəlxalq təşəbbüslərdə fəal iştirakına şərait yaradıb.

Azərbaycanın Avropa Siyasi Birliyi (ASB) çərçivəsindəki fəaliyyəti bu uğurların bariz nümunəsidir. 2022-ci ildə Praqada keçirilən ilk Zirvə toplantısından etibarən Azərbaycan bu platformada fəal iştirak edib, müxtəlif mövzularda dəyirmi masalarda öz mövqeyini ortaya qoyub.

Azərbaycanın ASB-dəki fəallığı onun Avropa ilə əlaqələrinin gücləndirilməsinə və qitənin təhlükəsizliyinə töhfə verməsinə xidmət edir. Bununla yanaşı, ölkəmiz enerji və nəqliyyat sahələrində də mühüm təşəbbüslərlə çıxış edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, yeni hava limanlarının inşası və enerji ixracı sahəsindəki layihələr Azərbaycanın regional mərkəzə çevrilməsinə səbəb olub.

2022-ci ilin oktyabrında Praqada əsası qoyulan Avropa Siyasi Birliyi (ASB) Avropa ölkələri arasında dialoq və əməkdaşlıq üçün geniş siyasi platformadır. Onun məqsədi Aİ və qeyri-üzv dövlətlər arasında əlaqələri möhkəmləndirməklə yanaşı, Avropada təhlükəsizlik, sabitlik və rifahı gücləndirməkdir.

ASB nə mövcud qurumları əvəz edir, nə də Aİ-yə üzvlük üçün alternativdir. Onun əsas fəaliyyət forması ildə bir və ya iki dəfə keçirilən Zirvə toplantılarıdır. Bu günədək beş Zirvə baş tutub və hər birində onlarla ölkənin liderləri iştirak edib. Növbəti Zirvə oktyabrda Danimarkada keçiriləcək. Mövzular arasında Avropa təhlükəsizliyi, iqtisadi dayanıqlıq və gənc nəslin rolu kimi məsələlər əsas yer tutacaq.

ASB-nin artan rolu göstərir ki, bu platforma Avropanın gələcəyi ilə bağlı açıq dialoq və birgə qərarlar üçün mühüm mərkəzə çevrilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev platformanın bütün toplantılarında iştirak edərək müxtəlif mövzularda - sülh, təhlükəsizlik, enerji və bağlantı - keçirilən dəyirmi masalarda çıxış edib. Bu iştirak Azərbaycan üçün həm regional əməkdaşlıq imkanlarını genişləndirmək, həm də strateji maraqlarını beynəlxalq müzakirələrə çıxarmaq baxımından əhəmiyyətlidir.

Azərbaycanın xarici siyasəti qlobal miqyasda çoxşaxəli və balanslı yanaşma ilə seçilir. Ölkə həm Avropa İttifaqı və aparıcı Avropa dövlətləri ilə strateji tərəfdaşlıq qurur, həm də Asiya və Afrika ölkələri ilə münasibətlərini genişləndirir. Enerji sahəsində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan eyni zamanda Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir. Bu diplomatik fəallıq Azərbaycanın beynəlxalq nüfuzunu artırır və onu regional, eləcə də qlobal əməkdaşlıq üçün vacib mərkəzə çevirir.

Bütün bu uğurlar Azərbaycanın beynəlxalq aləmdə etibarlı və nüfuzlu tərəfdaş kimi tanınmasına, regional və qlobal səviyyədə mühüm rol oynamasına səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın strateji maraqlarının təmin olunmasına və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.

Bəxtiyar Umarlı
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 May 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri