Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Titul kimin haqqıdı?

Titul kimin haqqıdı?

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Oyunlar və mərhələlər arxada qaldı, iş elə gətirdi ki, sonda yarımfinala məhz dünyanın reytinqinə görə ən gücü 4 komandası – Argentina, İspaniya, Fransa və İngiltərə çıxdı.

Bu komandaların hər birinin heyətində parlaq ulduzlar var. Lionel Messi, Lamin Yamal, Kilian Mbappe, Harri Keyn... Əlbəttə, bu gün bütün dünyada məhz Fransanın çempion olacağını düşünənlərin sayı daha çoxdu. Bir qədər də konktetləşdirsəm, ümumi fikir belədi ki, DÇ-2022-nin finalı təkrarlanacaq, yəni yenə də həlledici oyunda Fransa ilə Argentina qarşılaşacaq. Düzdü, bu da maraqlı son olardı; Fransa üçün Qətər mundialının qisasını almaq, Argentina üçün Messinin futbolda son sözünü deməsi baxımından. Ancaq şəxsən mənim fikrim sizin üçün maraqlıdısa, İngiltərə - İspaniya variantı üzərində dayanardım. Əslində belə final da özünəməxsus qisas ssenarisidi. Axı “qırmızı furiya” 2024-cü ildə məhz “üç şir”i məğlub etməklə Avropa çempionu olub. Finalın belə variasiyasına rəng qatan başqa amil də var: 19 yaşını dünən tamamlayan Yamal futbolun nəhəngi, gələn ay 33 yaşını tamamlayacaq, çox güman, bir də heç vaxt indiki kimi yüksək səviyyədə oynamayacaq Keynə qarşı.
Mənə elə gəlir ki, dünya futbolunda haqq etdiyi qiyməti almayan oyunçuların önündə məhz Keyn qərarlaşıb. Düzdü, əsas günahkar özüdü, daha doğrusu, “Tottenhem”ə sədaqəti. Harri karyerasının ən parlaq dönəmini bu komandaya həsr etdi. Arada qısa müddətə başqa komandalara icarəyə verilsə də, İngiltərənin paytaxtında tam 12 il keçirdi. Heç bir titul gətirməyən 12 il. Təsəvvür edin ki, “mahmızlar”dan titulsuz ayrılan Keyn son üç ildə “Bavariya” ilə artıq 4 titul qazanıb. Bu gün sanki ikinci gəncliyini yaşayır, qoldan, komanda yoldaşlarını arxasınca daşımaqdan doymur. Karyerasında son zəng çalınır, bir qədər yekəxana ifadə kimi görünsə də, nədənsə mənə elə gəlir ki, futbol ona bir böyük titul borcludu. Avropa çempionluğu alınmadı, İngiltərə ardıcıl iki finalda İtaliya ilə İspaniyaya uduzdu. 3-cü cəhddə dünya çempionluğunu qazansa, bunun nəyi pisdi ki?!
Heç nəyi! Pis olan budu ki, dünya çempionatı tədricən sona yaxınlaşır. Bizi yalnız son 4 oyun gözləyir. Yəqin ki, ən müxtəlif səbəblərdən bu qədər çox söz-söhbət doğuran başqa mundial olmayıb. Əlbəttə, əvvəllər də gözəl qollar olub, ulduzlar da parlayıb, sürpriz nəticələr də qeydə alınıb, amma eyni vaxtda bir neçə ulduzun yığmasını titul uğrunda mübarizədə diri saxlaması... Belçikanın “qızıl nəsl”inin qalıqları son dəfə özünü göstərməyə çalışdı, alınmadı, şənbədən bazara keçən gecə Erlinq Holann da dayandı, meydanda məhz girişdə adını çəkdiyim ulduzların komandaları qaldı.
“Titul kimin haqqıdı” elə sualdı ki, hər kəs özünə görə bu futbolçulardan hansınısa seçə, öz həqiqətini dilə gətirə bilər. Düzünə qalsa, Messi, Mbappe, Yamal və Keynin hər biri üçün onlarda dəlil tapmaq olar. Bu futbolçulardan ikisi – Mbappe və Yamal elə yaşdadı ki, dəfələrlə titul uğrunda mübarizəyə qoşula bilər. Əlbəttə, hansısa qeyri-adi hadisə karyeralarına son qoymasa. Messi və Keyn isə artıq karyerasının qürub çağındadı. Onlar üçün sual belə qoyulub: ya indi, ya da heç vaxt. Əslində Messi bir dəfə bu suala müsbət cavab verib, karyerasında çatışmayan yeganə titulu da qazanıb. Keyn bundan sonra da “Bavariya”nın heyətində müxtəlif titullar qazana bilər. Ancaq yığma səviyyəsində artıq nəsə qazanacağı qətiyyən inandırıcı görünmür.
Mən bir qədər əvvəl Belçika futbolunun “qızıl nəsl”inin son çırpıntılarından danışdım. Bu ifadəni İngiltərə yığmasına da aid etmək olar. Ardıcıl iki qitə birinciliyində finala, ardından dünya çempionatında yarımfinala çıxmaq asan məsələ deyil. Kim bilir, İngiltərə futbolu bir də nə vaxt belə nəsil yetişdirəcək. Odu ki, hər şeyin, illərdi çəkilən əziyyətin nəticəsi bir titul, bir tac olsaydı, futbol həm də yaradıcılarına münasibətdə çox gözəl bir jest edərdi. Bilirəm ki, bütün bunlar sizə futboldankənar yanaşma, məsələn, İngiltərə yığmasının hansısa azarkeşinin xatirə dəftərindən romantik lövhə kimi görünür. Amma Keyn futbola sədaqətinə, vəfasına, alicənab və centlmen obrazına görə bir böyük titulu haqq etməyibmi? Doğrudan da, titul kimin haqqıdı?
HUŞƏNG

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 İyul 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see955

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see411

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see365

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see350

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see280

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see261

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see225

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see218

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see213

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see211

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see206

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see190

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see173

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see161

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri