Icma.az
close
up
RU
Tıxac piyadalara görə yaranır? AÇIQLAMA

Tıxac piyadalara görə yaranır? AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər paytaxtda tıxac probleminin aradan qaldırılması ilə bağlı müxtəlif təkliflər müzakirə olunur. Deputat Tahir Rzayev hesab edir ki, şəhərdə sıxlığın azaldılması üçün piyadaların yolu keçmə qaydalarına müəyyən dəyişikliklər edilə bilər. Onun fikrincə hər bir piyada üçün nəqliyyatın dayanması tıxacın artmasına səbəb olur və buna görə də insanlar qrup halında keçdikdən sonra avtomobillərin saxlanılması daha məqsədəuyğun ola bilər.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib. 
““Yol hərəkəti haqqında qanun”da göstərilmir ki, nizamlanmayan piyada keçidindən eyni vaxtda neçə nəfər piyada keçə bilər və ya neçə nəfər olduqda sürücü avtomobili saxlayaraq yol verməlidir. Qanuna görə, hətta bir nəfər piyada belə nizamlanmayan piyada keçidi ilə yolu keçmək istədikdə sürücü avtomobili saxlamalı və onun təhlükəsiz keçməsi üçün şərait yaratmalıdır. Burada əsas müzakirə olunan məsələ ondan ibarətdir ki, bəzi hallarda piyadalar nizamlanmayan piyada keçidlərində bir-birlərini gözləmədən pərakəndə şəkildə yolu keçirlər. Halbuki praktiki olaraq piyadaların cəmləşərək, yəni topa halında yolu keçməsi də mümkündür və bəzi yerlərdə bu təcrübə tətbiq olunur. Lakin bunu bütün hallarda tətbiq etmək mümkün deyil. Çünki sutkanın müxtəlif saatlarında piyada axını fərqli olur. Məsələn, gündüz saatlarında piyadalar çox olduğuna görə onlar toplaşaraq yolu keçə bilirlər. Axşam və ya gecə saatlarında isə piyada tək ola bilər və o, digər piyadaların gəlməsini gözləməyə məcbur deyil”,- deyə o, bildirib.
O deyib ki, Bakı şəhərində sıxlığın yaranmasına səbəb olan amillər kifayət qədər çoxdur:
“Piyadaların yolu keçməsi isə bu səbəblər arasında əsas faktor hesab edilmir. Tıxaclar daha çox yol sıxlığı, bəzi yolların müəyyən saatlarda bağlanması və nəqliyyat axınının düzgün tənzimlənməməsi ilə bağlıdır. Bununla yanaşı, paytaxtda tıxacların artmasına təsir edən əsas problemlərdən biri də şəhərsalma sahəsində mövcud nöqsanlar və tikinti sahəsində özbaşınalıqlardır. Bir çox hallarda avtomobil yollarının, piyada səkilərinin və parklanma yerlərinin hesabına çoxmərtəbəli yaşayış və ya qeyri-yaşayış obyektləri inşa olunur. Bu isə şəhərin normal planlaşdırılmasını çətinləşdirir və nəticədə nəqliyyat hərəkətində əlavə problemlər yaradır. Bununla belə, məsələ ilə bağlı fərqli fikirlərin olması da təbiidir və mövzunun geniş şəkildə müzakirə olunması vacibdir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Mart 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri