Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...”

“Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Sabunçu rayonu, Balaxanı qəsəbəsində bəzi küçələrdə çoxsaylı çuxurlar, asfalt örtüyünün dağılması və digər problemlər gündəlik hərəkətdə problem yaradır”.

Bu şikayətlə “Qafqazinfo”ya sözügedən ərazidə yaşayan Mehman Əsgərov müraciət edib.

Onun sözlərinə görə, vətəndaşlar dəfələrlə öz şəxsi vəsaitləri hesabına təmir işləri aparıb: “Səməndər Rzayev, İsrafil Hüseynov, Həsən Əliyev, Hüseyn Əjdərov, Baba Pirməmmədov, Sadiq Rəhimov, Pirhüseyn Hüseynov və Sara Aşurbəyli küçələrinin sakinləri adından dəfələrlə müraciət etmişik. Lakin bu cür fərdi təşəbbüslər problemin köklü həllini təmin etmir və qısa müddət sonra yollar yenidən əvvəlki vəziyyətinə qayıdır.

Bununla yanaşı, məsələnin digər mühüm tərəfi qəsəbənin girişində yaranan tıxacdır. Xüsusilə səhər saatlarında insanların işə və məktəbə getdiyi, axşam saatlarında isə qayıtdığı vaxtlarda qəsəbənin girişində həddindən artıq avtomobil sıxlığı müşahidə olunur”.

Vətəndaş həmçinin qeyd edib ki, bir il əvvəl sakinlər nəqliyyat sıxlığı ilə bağlı konkret təklif irəli sürüb: “Biz tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa, problem həll olunar. Müraciətimizin əsas mahiyyəti Böyükşor-Pirşağı avtomobil yolunun təxminən 6-7 kilometrlik hissəsindən Sara Aşurbəyli küçəsinə birbaşa çıxışın yaradılmasıdır. Bununla da sakinlərin yol infrastrukturuna əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq.

Hazırda sözügedən əraziyə qəsəbənin daxili yolları vasitəsilə çatmaq sakinlər üçün ciddi çətinliklər yaradır. Mövcud marşrutun uzun olması, daxili yolların lazımi səviyyədə təmir edilməməsi və yol infrastrukturuna kifayət qədər diqqət ayrılmaması nəticəsində küçələrin vəziyyəti qənaətbəxş deyil. Hesab edirik ki, təklif etdiyimiz alternativ yol bağlantısının yaradılması yalnız sadalanan küçələrin sakinlərinin problemini həll etməyəcək, eyni zamanda mövcud nəqliyyat axınının müəyyən hissəsinin alternativ istiqamətə yönləndirilməsinə kömək edəcək”.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaş təkliflə bağlı rəsmi müraciət etməlidir: “Böyükşor-Pirşağı avtomobil yolundan Sara Aşurbəyli küçəsinə birbaşa çıxışın yaradılması ilə bağlı sakinlərin təklifinin araşdırılması və qiymətləndirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi qaydada müraciət edilməsi xahiş olunur.

Bunun üçün Agentliyin [email protected] elektron poçt ünvanına rəsmi müraciət ünvanlanmalıdır. Müraciət daxil olduqdan sonra qeyd olunan təklifə və məsələyə aidiyyəti üzrə baxılaraq müvafiq cavab verilə bilər.

Həmçinin qeyd edirik ki, Sabunçu rayonu üzrə Agentliyin balansında olan avtomobil yollarında təmir işləri mütəmadi olaraq həyata keçirilir. Bununla yanaşı, qeyd olunan küçələr Agentliyin balansında deyil. Qəsəbədaxili yollarla bağlı məsələlərin araşdırılması və həlli üçün aidiyyəti üzrə Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə olunur”.

İddia olunan yol problemi ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin cavabı isə belə oldu: “Rayonun digər qəsəbələrində olduğu kimi, Balaxanı qəsəbəsində də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşdirilmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir. Vətəndaşların müraciətində qeyd olunan küçələrdə yol örtüyünün təmiri ilə bağlı tədbirlərin Dövlət İnvestisiya Proqramına daxil edilməsi məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub”.

Fidan Etibar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Noyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri