Icma.az
close
up
RU
“Təyyarə qorxusuna necə qalib gəlmək olar?” Psixoloqdan məsləhətlər

“Təyyarə qorxusuna necə qalib gəlmək olar?” Psixoloqdan məsləhətlər

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

“Son dövrlər, xüsusilə pandemiyadan sonra insanlarda ölüm, qəza, itirmək qorxusu artıb. Tək təyyarə qorxusu deyil, panik ataklar da geniş yayılıb. Hər bir hadisə insanların psixologiyasına pis təsir edir. Burada sosial şəbəkələrin də rolu böyükdür. Əsasən də azyaşlılara, yeniyetmələr faciələrdən, qəzalardan xüsusilə təsirlənir”.

Bu sözləri Dərgi.az-a açıqlamasında psixoloq Nərgiz Əliyeva deyib. O, bildirib ki, insanlar öz kədərlərini yaşamaqla gələcəkdə yarana biləcək panik ataklardan özünü qoruya bilər:

“Bu qorxulardan özümüzü necə qoruya bilərik?

1.Təyyarə qorxusunun artmasına səbəb olan məlumat/video/ materialların bir müddət uzaq tutulması. Özəlliklə uşaqlara.

2.Diqqətin/ fokusun digər mövzulara yayındırılması( bu dönəmlərdə nəfəs praktikaları önəmlidir)

3.Nəfəs texnikalarının istifadəsi ilə, diqqəti duyğu/düşüncələrə deyil- bədənə və nəfəsə yönəlməsi

Ümumilikdə bu cür hadisələr yaşananada insanların ağrısını, acısını, kədərini yaşamağa haqqı var. Çünki yaşanmayanda daha böyük panik ataklara, travmalara səbəb olur. Bu kədəri bəzi insanlar bir gün, bəzi insanlar 3 gün, bəziləri uzunmüddətli yaşayır. Bizim insanların yaşadığı kədərə qarışmağa haqqımız yoxdur. Faciələr zamanı güclü durmaq, kədəri görməzdən gəlmək özümüzə etdiyimiz ən böyük pisliklərdən biridir”.

Nərgiz Əliyeva sosial şəbəkələrdə təyyarə qəzası ilə bağlı hazırlanan kədərli musiqilərlə olan videolara, kontentlərə və onların qınanmasına da münasibət bildirib:

“Bu cür məqamlarda paylaşımlarımıza diqqət etməliyik. Ən önəmli məqam duyğusal, əsas da rəhmətə gedən Hökümə xanımın səsi ilə olan videolar tənqid olundu. İnsanlar duyğularını istədiyi kimi yaşaya bilər. Heç kim kiməsə niyə duyğusal video paylaşırsan deyə bilməz. Biz anlamalıyıq ki, o insan kədərini video vasitəsilə birüzə verir. Amma nəzərə də almalıyıq ki, hər şey öz qədərində olmalıdır. Mən kədəri içimdə də yaşaya bilərəm, hər hansı paylaşımla da göstərə bilərəm. Yetər ki, balans pozulmasın və başqasının qorxularına mənfi təsir göstərməsin. Biz həssas insanları unutmamalıyıq. Yaşlıları, azyaşlıları nəzərə almalıyıq, onları duyğusal kontentlərdən uzaq tutmalıyıq. Valideynlər, müəllimlər yeniyetmələrlə, uşaqlarla söhbətlər aparmalıdır. Ölümü, faciəni başa salmalıdır. İnsanda travma, qorxu yaratmamaq üçün hər şey tarixi, üsulu, dəqiqliliyi ilə başa salınmalıdır ki, onlar rahatlıq tapsın”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Dekabr 2024 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri