Tofiq Musayevi Həbib Nurməhəmmədovun məşqçisi hazırlayacaq
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Tofiq Musayevin "Global Fıght League"dəki komandası bəlli olub.
İdman.biz xəbər verir ki, o, bu təşkilatın bayrağı altında ilk döyüşünü apreldə keçirəcək.
Komandaların iştirakı ilə baş tutacaq turnir BƏƏ, Braziliya və ya ABŞ-da təşkil olunacaq. İdmançılar 2 nəfərdən ibarət komandaların tərkibində döyüşəcəklər.
Musayev UFC-dəki çıxışı ilə tanınan rusiyalı Damir İsmaqulovla eyni komandada mübarizə aparacaq. İştirakçı komandalar müxtəlif şəhərlərin adlarını daşıyacaq.
Musayevlə İsmaqulov “Dubay” adlanan komandada yer alıblar. Onları Həbib Nurməhəmmədovun məşqçisi olmuş Xavyer Mendes hazırlayacaq. Yarış iştirakçıları arasında UFC və “Bellator”dan tanınan Kevin Li, Sidney Autla, Patrik Pitbul, Lukas Martins, Ben Henderson, Tonu Ferqyuson kimi məşhur idmançılar da olacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 28 Yanvar 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















