Icma.az
close
up
RU
Tofiq Zülfüqarovdan maraqlı Suriya açıqlaması:Türkiyə və İsrail...

Tofiq Zülfüqarovdan maraqlı Suriya açıqlaması:Türkiyə və İsrail...

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rəsmi  Vaşinqton və Ankara Suriyanın gələcəyi ilə bağlı geniş şəkildə razılaşıblar.

Bunu ABŞ-nin dövlət katibi Entoni Blinken deyib.

Entoni Blinken “Biz önümüzdəki fürsətə və Suriya xalqına diqqət yetirmişik. Suriya xalqını Bəşər Əsədin buxovlarından azad etməyə sadiqik. Prezident Ərdoğan, xarici işlər naziri Hakan Fidanla müzakirələrimiz zamanı Suriyanın gələcəyini görmək üçün atacağımız addımlar barədə geniş şəkildə razılığa gəldik”, - deyib.

İndiki halda Suriyada nəzarət hansı qüvvənin əlinə keçəcək? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, əsas məsələdə söz sahibi olan Türkiyə və İsraildir. 

Onun sözlərinə görə, Türkiyə Suriyanın simal-qərb bölgələrində öz təhlükəsizlik nəzarətini davam etdirəcək: 

“İsrail  1974 cü ildə Suriyada işğal olunmuş əraziləri özünə birləşdirmək istəyir. Orada bir neçə oyunçu var. Birincisi, “Heyət Təhrir əl-Şam”ı (HTŞ) bir çox dövlətlər terror təşkilatı kimi tanıyır. Bunlar siyasi proseslər nəticəsində bəlli olacaq.  

Digər qüvvələr, o cümlədən şimal və qərbi Türkiyə sərhədlərinə yaxın yerlərdə Ankara istər-istəməz etnik yaxınlığı nəzərə alaraq təhlükəsizlik mövzularında aktiv rol oynayacaq. 

Digər tərəfdən, Dəməşqi götürən “Heyət Təhrir əl-Şam”ın qəbul olunması sual atındadılr. Amma onlar da nəzarəti saxlamaqdadır". 

O bildirib ki, üçüncü oyunçu isə Qərbdir:

"PKK və müxtəlif terror təşkilatları qərb bölgələrdə yerləşir. Onlar da ABŞ və İsraildən dəstək alırlar. İndi onlar öz nəzarətləri altında olan bölgələri daha da genişləndirmək niyyətindədirlər. Bu mövzuların hamısı müzakirə oluna bilər”. 

Tofiq Zülfüqarovun sözlərinə görə, Rusiya da öz hərbi bazalarını saxlamaq niyyətindədir: 

“Bunun baş verib-verməyəcəyi sual altındadır. İndiki mərhələdə hərbi-məntiqi baxımdan, orada Rusiyanın hərbi bazalarının qalması inandırıcı deyil. Çünki hərbi baxımdan onlar demək olar ki, heç bir dəstəyi olmayan, lazımsız, böyük xərc tələb edən qurumlardır. Hazırda bu mövzular gündəmdə qalır”. 

Sabiq diplomat vurğulayıb ki, İsrail 1974-cü ildə Colan təpələrini nəzarət altına götürüb:

“Bundan başqa, bu bölgədə təhlükəsizlik zonası da yaradılıb. 

Birləşmiş Millətlər Təşkilatı da müxtəlif ölkələrdən olan hərbçilər vasitəsi ilə onu nəzarəti altında saxlayır. 

İndi isə belə bir məlumat yayılıb ki, nəzarət zonasını İsrail qonşunları  götürüb. Bu bölgələr də Suriyanın paytaxtı Dəməşqə çox yaxındır. İndi İsrailin hərbi mövqeləri təxminən Dəməşqdən 20 km məsafədədir.

Əsas məsələlərdə söz sahibi olan Türkiyə və İsraildir. İndi ən maraqlı məqam Əsədin dövründə mövcud olan qüvvələrin hansı tərəfin himayəsini qəbul edəcəyidir”.  

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Dekabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri