Tokayev Putinlə Rusiyaya dövlət səfərini müzakirə etdi
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.
Newscenter.az Akorda.ya istinadən xəbər verir ki, söhbət zamanı dövlət başçıları əvvəllər əldə edilmiş yüksək səviyyəli ikitərəfli razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.
Söhbət zamanı Kasım-Jomart Tokayevin noyabrda Rusiya Federasiyasına dövlət səfərinə hazırlığın bəzi aspektləri də nəzərdən keçirilib.
Xatırladaq ki, Qazaxıstan prezidenti noyabrda Rusiyaya dövlət səfəri edəcəyini açıqlamışdı.
Mehman Mehdiyev

