Icma.az
close
up
RU
TOKSİKOZ əslində düşmən deyil, DOSTDUR

TOKSİKOZ əslində düşmən deyil, DOSTDUR

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Amerika Hamiləlik Asossiasiyasının verdiyi məlumata görə 50% qadın hamiləlikdə ürəkbulanmaları, daha dəqiq desək toksikozdan əziyyət çəkirlər.

Toksikoz əsasən hamiləliyin ilk trimesterində hormonların bədəndə sürətli artımı nəticəsində baş verir. Bu halın əsas simptomları cüzi və ya şiddətli ürəkbulanma hissinin olması, halsızlıq, iştahasızlıq, qusma halları, bədəndə susuzlaşma, başgicəllənmələri və s. müşahidə oluna bilər. Hal-hazırda da toksikoz haqqında irimiqyaslı araşdırmalar aparan xanım Fejzo 2009-cu ildə əldə etdiyi məlumata görə ürəkbulanmaları əsas etibarilə hamiləliyin 27-ci həftəsinə qədər keçib qurtarır. Lakin toksikozdan əziyyət çəkən qadınların 22%-ində xoşagəlməz əlamətlər hətta doğuşa qədər özünü göstərə bilir.

Tibb sahəsinin mütəxəssisləri toksikozu öncədən təyin edə bilməsələr də, risk altında olan qadınların əlamətlərini qeyd edirlər:

- Artıq çəkiyə malik olan

- Müxtəlif allergiyalardan əziyyət çəkən

- Hamiləlikdən öncə müəyyən növ pəhriz (vegeterian, laktozsuz, qida dözümsüzlüyü və s.) saxlayan

- Erkən hamiləlik yaşayan

Qadınları maarifləndirmək və toksikozdan əziyyət çəkən qadınlara dəstək olmaq üçün 2012-ci ildə ilk dəfə olaraq 15 may tarixində dünyada “Toksikoz maarifləndirmə günü” (Hyperemesis Gravidarum Awareness Day) H.E.R. Foundation tərəfindən təsis olunaraq hər il keçirilməyə başlandı.

Baxmayaraq ki, alimlərə toksikozun səbəbi daha ətraflı məlum deyil, lakin onlar qeyd edirlər ki, məhz toksikoz səbəbilə döl qida və içkilərin tərkibində mövcud olan zəhərli maddələrdən və xəstəliktörədici orqanizmlərdən qorunur.

Yuxarıda sadalanan xoşagəlməz simptomlara rəğmən mütəxəssislər anaları sakitləşdirməyə, toksikozun ana və uşaq sağlamlığına təhlükəli olmadığını, hətta faydalı olması haqqında məlumatı paylaşırlar. Belə ki, Milli Sağlamlıq İnstitunun (National Institutes of Health) apardığı yeni araşdırmalara əsasən sübut olunmuşdur ki, hamiləlikdə baş verən ürəkbulanma və qusma kimi hallar dölün düşməsi və hamiləliyin dayanması riskini azaldır. 1992-2012-ci illər müddətində Kanadalı alimlər 850 000 hamilə qadının iştirakı ilə araşdırma aparmışlar və məlum olmuşdur ki, toksikozdan əziyyət çəkməyən qadında hamiləliyin pozulması riski 3-10 dəfə daha çoxdur. Həmçinin toksikoz vaxtından erkən doğulma hallarını 6,4-9,5% azalmasına əsas vermişdir. Bunlardan əlavə olaraq, toksikoz keçirən qadınlarda anadangəlmə qüsurlu uşaq doğma halları 30-80% daha azdır.

Kanadalı alimlər bu araşdırma əsnasında toksikozun daha bir faydasını kəşf etməyə nail olmuşdurlar. Araşdırmalara görə anaları toksikoz keçirən uşaqlar 3-7 yaşlar arasında daha yüksək zəka kəmiyyəti (İQ) nümayiş etdirmişdirlər.

Müəyyən olmuşdur ki, toksikozun simptomları nə qədər şiddətli və kəskindirsə, yuxarıda qeyd olunan faydalarının şansı da bir o qədər yüksəkdir.

Qeyd edək ki, həkimlər hamilə qadınlara müxtəlif rahatladıcı üsullar təklif etsələr də, toksikozun mürəkkəbliyi ondan ibarətdir ki, bir qadın üçün təsirli olan digərinə uyğun gəlmir, bəzi hallarda isə ümumiyyətlə heç bir üsul təsir göstərmir.

Dünyanın müxtəlif guşələrindən olan mütəxəssislər ürəkbulanmaya qarşı aşağıdakı dəmləmələri qəbul etməyi məsləhət görürlər:

- Yarpız çayı

- Anis ulduzundan hazırlanmış çay

- Zəncəfil çayı

- Razyana toxumlarının çayı

- Qreypfrut və rəndələnmiş limon qabıqlarını çaya əlavə etmək də ürəkbulanmanı azalda bilər.

- Ədviyyatlardan bəziləri mədə bağırsaq sistemini rahatlamaqla ürəkbulanmaların azalmasına da müsbət təsir edir. Məsələn, anis, cirə və razyana toxumlarını çeynəmək, yeməklərə zəncəfil tozu və ya zəncəfil kökünün rəndələnmiş halını əlavə etmək müsbət nəticə verə bilər.

Şirələr və smuzilər bəzən bərk qida qəbul edə bilməyən hamilə qadınların yeganə qida mənbəyinə çevrilir. Qidalandırıcı olmaqla yanaşı, ürəkbulanmanı azaldan bir sıra şirələr və qarışıqlar mövcuddur:

- Limonlu su və ya digər limon əsaslı içkilər

- Alma sirkəsi, su və bal qarışığı

- Alma şirəsi

- Pomidor və limon şirələrinin qarışığı

- Kokos suyu

- Bananlı smuzilər

- Badam südü

Bəzi qadınlar sadəcə buz kublarını sovurmaqla ürəkbulanmalarına qalib gəldiklərini bildirirlər. Buzdan əlavə olaraq, meyvə şirələrini dondurmaq və dondurma kimi qəbul etmək yardım edə bilər. Qida mütəxəssisləri ürəkbulanmalarını azaltmaq üçün hamilələrə yemək və içkilərinəq bal, dəniz duzu və jelatin əlavə etməyi məsləhət görürlər.

Toksikozdan əziyyət çəkən hamilələrə aşağıdakıları etməmək tövsiyə olunur:

- Yeməkdən sonra uzanmaq

- Yemək vaxtını ötürmək

- Yemək bişirmək

- Acı və ədviyyatlarla zəngin qida qəbul etmək

Hazırladı: Səltənət Zülfüqarova

Vib.az

.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 01:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri