Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Tolerantlıq və multikulturallıq: Azərbaycan xalqının misilsiz mənəvi gücü

Tolerantlıq və multikulturallıq: Azərbaycan xalqının misilsiz mənəvi gücü

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycandakı unikal dövlət-din münasibətləri modeli sayəsində bu gün bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir, dini icmalar dövlətin qayğısı ilə əhatə olunur. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmiz tarix boyu digər din və mədəniyyətlərə dözümlü münasibətilə seçilib. Bu yanaşma xalqımızın təbiətindən, insanpərvərliyindən və xoş məramından irəli gəlir. Bu humanist ənənə bu gün də qorunub saxlanılır, respublikada sinaqoq və kilsələr məscidlərlə yanaşı fəaliyyət göstərir, insanlar dini ayinlərini sərbəst yerinə yetirirlər.

Ölkəmizdəki konfessiyalararası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin unikal nümunəsini təqdim etmək, habelə onların adət-ənənələrinin, mədəni irslərinin inkişafı üçün yaradılan şəraiti nümayiş etdirmək məqsədilə "Fərqliliyin rəngi" adlı festival keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun fikrincə, bu gün ölkəmizdə mövcud olan sabitlik və harmoniyanın əsasında, heç şübhəsiz, Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və milli-mənəvi dəyərlərə verdiyi önəm dayanır. Konstitusiyamızda təsbit olunan vicdan azadlığı və bütün dini etiqadların qanun qarşısında bərabərliyi prinsipləri tolerantlıq modelimizin əsas hüquqi dayağı, xalqımızın əsrlər boyu formalaşdırdığı birgəyaşayış fəlsəfəsinin təsdiqidir: "Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkəmizin ən böyük sərvətlərindən biri etnik-dini müxtəlifliyimiz və bu müxtəlifliyin milli həmrəyliyə çevrilməsidir. Sahib olduğumuz unikal dövlət-din münasibətləri modeli sayəsində bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir, dini icmalar dövlətin qayğısı ilə əhatə olunur. Ölkəmiz beynəlxalq aləmdə sülh və sabitliyin hökm sürdüyü nadir nümunələrdən biri kimi tanınır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə bu mühiti daha da möhkəmləndirir, Azərbaycanın multikultural dəyərlərini dünya miqyasında tanıdır. Bu festival da Azərbaycan cəmiyyətində əsrlərdir formalaşmış tolerantlıq və multikultural dəyərlərin təzahürü, xalqımızın birgəyaşayış fəlsəfəsinin ifadəsidir".

Komitə sədri deyib ki, ərazi bütövlüyünün və suverenliyin bərpası sayəsində bu gün Azərbaycan öz milli irsini, dini-mədəni müxtəlifliyini və konstitusion dəyərlərini qoruyaraq gələcəyə daha da inamla addımlayır: "Suverenlik bizim ən ali dəyərlərimizdən, ən böyük tarixi nailiyətlərimizdən biridir. Suverenlik olmadan Konstitusiya prinsiplərinin və qanunların tətbiqi, xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunması mümkün olmazdı. Biz tarixin keşməkeşli və ziddiyyətli bir dövründə ən böyük zəfərlərə imza atmış güclü bir dövlətin vətəndaşlarıyıq. Elə bir dövlətin ki, dini və etnik mənsubiyyətindən, əqidəsindən inancından asılı olmayaraq bu torpaqlarda yaşayan hər kəsin ümumi sərvətidir. Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birindən yalnız bir neçə yüz metr məsafədə yerləşməsi birgəyaşayışı, qarşılıqlı hörməti və multikultural dəyərlərimizi təcəssüm etdirir. Bunlar eyni Vətənin övladları olaraq bizi birləşdirən mənəvi körpünün simvollarıdır. Azərbaycanda mövcud olan fərqlilik bu ölkədə yaşayan bütün vətəndaşların mənəvi güc mənbəyidir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Zəfər də məhz bu gücün, birliyin və Azərbaycan xalqının öz keçmişinə sadiqliyinin sayəsində mümkün olub".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, insanlar fərqli dini icmalara məxsus ailələrdə dünyaya gəlirlər: "Ailə insanın sosial həyatda formalaşdığı ilk yerdir. Hər bir insan ailədən aldığı inanc, dəyərlər və mədəniyyətlə böyüyür. Dövlətçilik düşüncəsi də ilk olaraq buradan başlayır. Vətəndaş anlayışı isə yaşadığımız coğrafiya ilə formalaşır. Azərbaycanın tolerantlığı, multikultural dəyərləri və bu dəyərlərin içərisində bir-birindən fərqlənmək bacarığı dünyaya nümunədir".

Dövlət Komitəsinin sədri bildirib ki, Bakıda ilk dəfə tolerantlıq və rəngarənglik mövzusunda festivalın keçirilməsi böyük əhəmiyyət kəsb edir: "İnanıram ki, bu festival təkcə paytaxtda deyil, Azərbaycanın digər bölgələrində də keçiriləcək".

B.Muradova həmçinin qeyd edib ki, Azərbaycana müxtəlif vaxtlarda gələn və burada məskunlaşan insanlar dini inanclarından, siyasi görüşlərindən və mədəniyyətlərindən asılı olmayaraq bir dəyər ətrafında birləşiblər: "Bu birliyimiz olmasa, müstəqil dövlət qurmaq mümkün olmazdı. Dövlətimizin müstəqilliyini qorumaq və inkişaf etdirmək üçün xalqın iradəsi və həmrəyliyi əsasdır".

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə qarşı heç vaxt ayrı-seçkilik edilməyib. Azərbaycan dövləti həmişə müxtəlif dinlərin nümayəndələrinin ölkədə azad yaşamasına şərait yaradıb: "Onlar 44 günlük Vətən müharibəsində də Azərbaycan ərazilərinin azad edilməsi uğrunda döyüşüblər. Nəticədə şəhid olanlar, yaralananlar var idi. Bu birlik təqdirəlayiqdir".

S.Musayev onu da bildirib ki, Azərbaycanda hər kəs birlikdə, geniş və açıq şəkildə öz ibadətlərini yerinə yetirə bilirlər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənovun dediyinə görə, Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin uğurunun ilk səbəbi süni, administrativ təməl üzərində qurulmamasıdır: "Elə dövlətlər var, özlərindəki fərqliliyə xüsusi yanaşma formalaşdırmağa çalışdılar. Azərbaycanda isə fərqlilik dedikdə zənginlik, sevgi, bir-birinə ehtiram və hörmət başa düşülür. Azərbaycan modelini formalaşdıran sütunların möhkəmliyinin əyani sübutu Vətən müharibəsi oldu. Milli birlik Vətən müharibəsində əsas qüvvələrimizdən biri idi".

Onun dediyinə görə, Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilib, bir-birinə qarşılıqlı təsir göstərib. Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də, islam dini üstün mövqe tutur. 7-ci əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsində, o cümlədən də Azərbaycanda yayılmışdır. Azərbaycan əhalisinin 95 faizindən çoxu islam dininə etiqad edir: "Azərbaycanda xristianlığın tarixi, demək olar ki, Alban kilsəsindən başlayır və bütövlükdə bu dinin tarixində həmin kilsənin xüsusi yeri var. Qafqaz Albaniyasının ərazisi ilk xristian icmalarının meydana gəldiyi məkanlardan hesab edilir. Alban-udi xristian dini icmasının qeydə alınması xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Pravoslavlıq Azərbaycanda 19-cu əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" nəticəsində yayılmağa başlamışdır. Bakıda ilk Roma-katolik prixodu 19-cu əsrin 50-ci illərində çar Rusiyası tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaranmışdır. Azərbaycanda ilk yayılan protestant təriqəti lüteranlıqdır. Ölkəmizdə lüteranlığın yaranması XIX əsrin I yarısında almanların və polyakların Cənubi Qafqaza köçürülməsi ilə bağlıdır".

Milli Məclis sədrinin müavini Rafael Hüseynov Azərbaycanda tolerantlıq, dinlərin rəngarəngliyi, xalqların müxtəlifliyinin aparılan uğurlu dövlət siyasətinin nəticəsi olduğunu qeyd edib. Bu ənənələrin tarix boyu yaşadığını və gələcək nəsillərə də ötürüləcəyindən əminliyini qeyd edib. Bu ahəngdarlığın ilahi tərəfdən Azərbaycana bəxş edildiyini və bunu qoruyub gələcəyə ötürməyin mühüm vəzifə olduğunu deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdirlər. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modelinin inkişafı, həmçinin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə kompleks tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərimizdə ilk diqqət yetirilən məsələlərdən biri məhz Qarabağ və Şərqi Zəngəzura mənəvi qayıdışımızın simvolu kimi dini abidələrin təmiri oldu. Bu mədəni və dini abidələrin bərpasında Heydər Əliyev Fondunun rolu xüsusilə vurğulanmalıdır. Sədr müavini qeyd edib ki, Azərbaycan sahib olduğu multikultural və tolerant dəyərlərinə görə nümunə göstərilən ölkələrdən biridir.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Noyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see282

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see219

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see208

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see155

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see151

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see147

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see144

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see143

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see136

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see135

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

26 Dekabr 2025 09:46see134

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see133

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri