Icma.az
close
up
RU
Tomahawk raketlərinin 2500 km ə zərbə endirməsi realdırmı?

Tomahawk raketlərinin 2500 km ə zərbə endirməsi realdırmı?

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ tərəfindən Ukraynaya "Tomahawk" qanadlı raketlərinin veriləcəyi ilə bağlı xəbərlərin ilkin həyəcanı aradan qalxan kimi bu raketlərin Rusiya ilə müharibədə dönüş yaratmağa qadir olub-olmaması ilə bağlı məsələ ön plana çıxıb.

Əksər ekspertlər burada həlledici amilin veriləcək raketlərin sayı və Birləşmiş Ştatların təqdim edəcəyi kəşfiyyat məlumatları ilə bağlı olacağını bildirirlər. Yəni sayı 1 000-dən az olan və yalnız istehsalçı ölkənin verə biləcəyi kəşfiyyat məlumatları olmadan "Tomahawk"ların, necə deyərlər, "havanı çox da dəyişməyəcəyi" iddia edildi.

Raketlərin Ukraynaya verilib-verilməyəcəyi hələlik tam aydınlaşmasa da, son həftə ərzində onlarla bağlı daha bir məqam ciddi müzakirə mövzusuna çevrilib. Məsələ bu qanadlı raketlərin zərbə məsafəsindəki qarışıqlıqla bağlıdır. Belə ki, bəzi mənbələr ilkin uçuş göstəricisi 2 500 km olan "Tomahawk"un Rusiyanın yalnız 1 300 km dərinliyindəki hədəflərə zərbə endirə biləcəyini, digər mənbələr isə bu dərinliyin 1 600 və 1 700 km olduğunu vurğulayırlar.

Təbii ki, uçuş məsafəsi parametri raketlərin Ukraynadan Rusiya ərazisində vura biləcəyi hədəflərin sayını müəyyən edir və onun 2 500 və ya 1 300 km olması çox şeyi dəyişir. Çünki birinci göstərici ilə Rusiyanın demək olar ki, Ural dağları həddinədək yerləşdirilmiş strateji hədəflərinə zərbə endirmək imkanı yarandığı halda, ikinci göstərici yalnız onun Avropa hissəsində yerləşən hədəfləri təhlükə altına sala bilir. Bəs real durum nədir və dünyanın ən məşhur silahlarından biri ilə bağlı yaranmış bu qarışıqlıq nə ilə bağlıdır? Bu və digər suallara "Hərbi xronika" rubrikasının yeni buraxılışında aydınlıq gətirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

"Tomahawk" raketlərinin 2500 km-ə zərbə endirməsi realdırmı?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:250
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Oktyabr 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see494

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see381

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see331

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see304

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see273

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see270

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see267

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see248

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see221

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri