Tomas Müller xatirə əşyalarını hərraca çıxarır
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Bu yay MLS klubu "Vankouver Uaytkeps"lə müqavilə imzalayan "Bavariya"nın əfsanəsi Tomas Müller xatirə əşyalarını xeyriyyə məqsədi ilə hərraca çıxarıb.
İdman.biz xəbər verir ki, əşyalar arasında onun Kanada yığması ilə ilk forması, oyun geyimləri, köynəklər, avtoqraflı butslar, "Bavariya"dakı son matçının künc bayrağı və futbolçunun 200 yaşlı palıd ağacından oyulmuş heykəli də yer alıb.
Hərrac "United Charity" portalında keçirilir. Bütün gəlirlər yaxınlarını itirmiş uşaq və yeniyetmələrə yardım edən fondun hesabına keçəcək.
Qeyd edək ki, 35 yaşlı Müller 2025-ci ilin yayında klublararası dünya çempionatı başa çatdıqdan sonra "Bavariya"nı tərk edib. O, Münhen komandasında 756 oyun keçirib, 250 qol vurub və 276 məhsuldar ötürmə edib. İki Çempionlar Liqası Kuboku da daxil olmaqla 33 dəfə kubok qazanıb. 2014-cü ildə Almaniya millisi ilə dünya çempionu olub.
İdman.biz
Baxış sayı:125
Bu xəbər 10 Avqust 2025 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















