Tonqanın Qanunvericilik Assambleyasının sədri Azərbaycana səfərə gəlib
Icma.az, Xalqcebhesi-ə istinadən bildirir Tonqanın Qanunvericilik Assambleyasının sədri Azərbaycana səfərə gəlib.
Tonqa Respublikasının Qanunvericilik Assambleyasının sədri Fatafehi Fakafanua noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Xalqcebhesi.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatları - Şahin İsmayılov, Mircəlil Qasımlı və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir.
![](https://xalqcebhesi.az/media/2024/11/14/371x177/cop29-iclas.jpg)
![](https://xalqcebhesi.az/media/2024/11/14/371x177/17315751442509350194_1200x630.jpg)
![](https://xalqcebhesi.az/media/2024/11/14/371x177/cop29-beyanname.jpg)
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)