Icma.az
close
up
RU
Tormoz verməyə utanırsınız? Ucuz nakladka alanda belə olur SƏBƏB

Tormoz verməyə utanırsınız? Ucuz nakladka alanda belə olur SƏBƏB

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Bu hadisə mənim xanım həmkarımın başına gəlib. Əhvalat belə olub.
Xanım sürücü avtomobilin əyləcinin yaxşı işləmədiyinə görə ustaya müraciət edib. Usta isə tormoz qəliblərinin (nakladka) dəyişdirilməli olduğunu deyərək onu yaxınlıqdakı mağazaya göndərib. Detalı 15 manata alan sürücü 10 manat da iş haqqı verərək onu dəyişdirib. 

Bura qədəri yerində: tormoz qəlibləri həqiqətən də metaladək yeyilib çatmışdı. Lakin bundan sonra daha maraqlı hadisə baş verib. Avtomobil tormozlama zamanı “sözə baxmayıb”, elmi dildə desək, tormoz məsafəsi uzanıb. Həm də tormozlama zamanı çox pis səs yaranıb. 

2 gün sonra təkrar ustaya müraciət edən sürücüyə cavab belə olub: detallar təzədir, bir neçə gün sürdükdən sonra səs kəsiləcək. 
Lakin üstündən 10 gün keçsə də, səs azalmayıb, əksinə artıb. Üstəgəl, xanım sürücü həyətdə tormoz verəndə bütün məhəlləni oyadıb. Təxminən 20 km/saat sürətlə gedən maşında tormoz verəndə ətrafa yayılan fit səsindən hamı kimin gəldiyini bilib.

Həmkarım bu məsələni işdə danışdıqda hamının birmənalı rəyi belə oldu ki, qəliblər keyfiyyətsizdir. Belə ki, sürücü həmin detala 15 manat verib. Halbuki digər mağazalarda bu detalın qiyməti 75 manatdan az deyil (əlavə mübahisə yaranmasın deyə marka və modeli qeyd etmirik). Keyfiyyətli tormoz qəlibi alıb qoyduqdan sonra həm səs yoxa çıxdı, həm də avtomobilin tormozu daha effektli oldu.

Bu məsələdə uzunçuluğa yol verməyimizin səbəbinə gəlincə: tormoz detalları avtomobilin aktiv təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsidir. Burada hansısa saxta detaldan istifadə kimlərinsə həyatına son qoya, kiminsə ömrünün bir hissəsini 4 divar arxasında keçirməsinə səbəb ola bilər. 
Keyfiyyətsiz tormoz qəliblərinin ən məşhur göstəricilərindən biri fit səsinin olmasıdır. Tormoz zamanı hansısa xırıltılı səs barabana qum düşdükdə baş verə bilər ki, bu da müvəqqətidir. 

Aşağı keyfiyyətin başqa bir əlaməti tormoz yolunun uzanması və avtomobilin yana dartılmasıdır. Bu, tormoz qəliblərinin parametrlərinin düzgün olmamasının göstəricisidir. Belə hal keyfiyyətli tormoz qəlibində də baş verə bilər.  Lakin, qüsur şəhər rejimində hərəkət zamanı uzağı 100 kilometrdən sonra, detallar bir-birinə uyuşduğu üçün aradan qalxır. 

Son illərdə ekoloji məsələlərə görə asbest tərkibli qəliblərin istehsalı dayandırılıb. Lakin bu gün də bazarda bu tip tormoz detallarına rast gəlinir. Yeganə səbəb köhnə texnologiyaya əsaslanan istehsalın ucuz başa gəlməsidir. 

Nəhayət sonda Azərbaycanda  geniş yayılmış bir tendensiyanı vurğulamaq istərdim. Bəzən satıcılar hansısa ucuz qiymətli tormoz qəlibini belə reklam edirlər: “qiyməti münasibdir, gec yeyilir”. Halbuki, qaydaya görə tormoz qəlibi yumşaq materialdan hazırlanmalıdır ki, daha bahalı olan baraban və ya disk yeyilib sıradan çıxmasın. Bəzən ustalar da tormoz diskləri qeyri-bərabər aşınmış avtomobilləri bir müddət bu cür qəliblərlə sürməyi tövsiyə edirlər. Guya min kilometr sürüldükdə disklər yolunlub hamarlanır. Burada həqiqət payı var: disklər ifrat dərəcədə yonulub nazikləşir. Lakin bu, həll yolu deyil, süni yolla risk yaratmaq və guya sürücünü xərcə salmamaqdır.

Zədəli və çox nahamar tormoz diski birmənalı olaraq yenilənməlidir. Tormoz disklərinin əyilməsi və ya çatlamasına səbəb əyləcdən ifrat istifadə nəticəsində yaranan qızmadır. Belə deformasiya özünü dərhal göstərir: tormoz zamanı vibrasiya yaranır, “sükan vurur”, titrəmə baş verir və s. 

Saxta tormoz disklərinin texniki parametrlərindəki fərqlərlə aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://avtosfer.az/az/avtoxeber/oporni-yonduranlar-hansi-esrde-qaliblar-foto-273036

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Fevral 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri