Icma.az
close
up
RU
Torontoda yaşayan azərbaycanlı müəllimə: “Uşaq var ki, səkkizinci sinifdə oxuyur, amma ana dilini bilmir“

Torontoda yaşayan azərbaycanlı müəllimə: “Uşaq var ki, səkkizinci sinifdə oxuyur, amma ana dilini bilmir“

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Valideynlər yay dərsləri üçün uşaqlarını qeydiyyatdan keçirməkdən ötrü axtaranda tapa bilmirdilər".

Moderator.az xəbər verir ki, bu fikirləri "Kaspi" qəzetinə müsahibəsində Kanadanın Toronto şəhərində Azərbaycan dili siniflərinin rəhbəri və baş müəllimi Yeganə Cəfərova deyib.

Toronto şəhərində yaşayan həmyerlilərimiz üçün doğma bir ünvan var - "Azərbaycan dili sinifləri" (Azerbaijani Classes in Toronto). Toronto Təhsil Mərkəzinin xarici dillər bölməsində yer alan dillər sırasında ana dilimiz də tədris olunur.

Məktəb 2006-cı ilin sentyabrında Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşəbbüsü ilə yaradılıb. Azərbaycan dili siniflərinin rəhbəri və baş müəllimi Yeganə Cəfərova gələn il 20 yaşı qeyd ediləcək məktəbin fəaliyyəti uğrunda daim mübarizə aparır.

Azərbaycan dili siniflərinə övladlarını qeydiyyatdan keçirən valideynlər də xoşbəxtdirlər: "Uşaqlarımız bu məktəbdə ana dilimizi sevərək öyrənirlər. Tariximiz, mədəniyyətimiz haqqında bilgilər əldə edir, adət-ənənəmizə yiyələnirlər. Tarixi günlərdə, milli bayramlarda burada müxtəlif tədbirlər keçirilir. Övladlarımız öz aralarında Azərbaycan dilində danışır, milli ruhda böyüyürlər. Biz Azərbaycandan uzaqda yaşasaq da, burada bir Azərbaycan yaşadırıq".

- Yeganə xanım, bir neçə il əvvəl Bakıda redaksiyamızda qonaq olarkən, "Bir gün Torontoda görüşərik" demişdim. Qismət oldu, rəhbərlik etdiyiniz məktəbin fəaliyyəti ilə Torontoda tanış olmaq imkanı yarandı…

- Kanadaya gəldiyim ilk illərdən burada adi məktəblər də, xarici dillər sinifləri də var. Kanada çoxmillətli ölkə olduğu üçün burada müxtəlif dillərdə dərslər tədris olunur ki, həmin dillərdən biri də Azərbaycan dilidir. Yaratdığımız məktəbin gələn il 20 yaşı tamam olur. Bu məktəbi yaradanda maneələr vardı. Həmişə də məktəbimiz uğrunda mübarizə aparırıq. Bu yay dilimiz siyahıdan çıxarılmışdı. Valideynlər yay dərsləri üçün uşaqlarını qeydiyyatdan keçirməkdən ötrü axtaranda tapa bilmirdilər. Dərhal müraciət elədik. "Səhv olub" dedilər. Kanadada hər bir xalq öz adət-ənənəsini və dilini qoruyub saxlayır. Biz də bunun uğrunda çalışırıq.

- Məktəbin hazırkı fəaliyyəti necədir?

- Məktəb sentyabrın 20-dən sonra fəaliyyətə başlayıb. Hər altıncı gün dərsimiz keçirilir. Artıq 50-ə yaxın şagirdimiz var. Bir sinfin açılması üçün 25 şagird olmalıdır. Hazırda iki sinfimiz fəaliyyət göstərir. Müraciətlər çox olduğundan, üçüncü sinfimizi açmaq üzərində düşünürük. Məktəbdə oxumaq istəyən uşaqlar hər il qeydiyyatdan keçməlidirlər. Çünki dərslər Toronto Şəhər Təhsil Mərkəzinin məktəblərində keçirilir. Azərbaycan dili rəsmi olaraq mərkəzin Xarici dillər bölməsində tədris olunur. Bunun üçün uşaq məktəbə hazırlığa getməlidir. Məktəbəhazırlığa gedən uşaq bizim sinfə yazıla bilir. 1-8-ci sinif şagirdləri bu siniflərdə oxuyurlar. Üçüncü sinfə qədər Gülnar Nəsirovanın, 3-dən 8-ci sinfə qədər mənim sinfimdə oxuyurlar. Uşaqlara sırf Azərbaycan dili tədris olunur. Bununla yanaşı, mədəniyyətimizi, tariximizi, adət-ənənələrimizi də öyrədirik. Yuxarı siniflərdə oxuyanlar Azərbaycan, Qarabağ haqqında layihələr hazırlayırlar. Onlar təhsil aldıqları məktəblərdə də bu layihələri nümayiş etdirirlər. Uşaqları dil səviyyələrinə görə bölürük. Elə uşaq var ki, səkkizinci sinifdə oxuyur, amma dili bilmir. Onun üçün sıfırdan başlamalısan. Uşaqların əksəriyyəti Kanadada doğulub. Onlar Azərbaycanın dilini, atributlarını, bu gününü, tarixini bu məktəbdə öyrənirlər. Bakıdan gələndə Azərbaycanın xəritəsini gətirmişəm. Uşaqlar hansı rayonun harada yerləşdiyini artıq bilirlər. Qarabağ haqqında məlumatlıdırlar. Məqsədimiz odur ki, uşaqlar dilimizi, adət-ənənələrimizi yaşatsınlar, öz millətimizdən özlərinə dost seçsinlər, xoşagəlməz çevrəyə düşməsinlər. Müəllimlərimizdən Mikayıl Bəylər, Qəmər Peyğəmbəri, Ramin Şadrup da uşaqlarla ürəklə məşğul olurlar.

- Valideynlər uşaqlarını məktəbə yazdırmağa maraqlıdırlarmı?

- Biz yayda dərsimiz olmayanda da bir yerə yığışırıq. Valideynlər bir-birləri ilə ünsiyyət qururlar. Uşaq öz dilində danışmırsa, öz mənsub olduğu mühitdə böyümürsə, bu, balaca balığın okeanda böyük balıqlara yem olması kimidir. Sonra uşaq başqa səmtlərə yönəlir. Çünki o, öz söy-kökündən kənarda qalır, dilimizi unudur. Azərbaycana gedəndə uşaq getmək istəmir, mən o dili, mədəniyyəti bilmirəm deyir. Biz valideynlərlə bir yerdə olanda bir-birimizlə mənəvi bağ qururuq. Valideyndən də çox şey asılıdır. Mən həmişə deyirəm ki, lap 15 sinif də aça bilərik, təki valideynlər istəsinlər.

- Uşaqlara əsasən hansı məşğələlər keçirilir?

- Məktəbdəki dərsdən sonra icmaya gəlirik. Burada tamaşalar səhnələşdirilir, milli rəqslər, mahnı və şeirlər öyrədilir, gitara dərsləri keçilir. Keçən il Məhəmməd Füzulinin "Meyvələrin söhbəti"ni səhnələşdirdik. Başqa ölkələr də bizi dəvət edir. Yayda Şimali Makedoniyaya dəvət almışdıq. Türk uşaq festivallarında iştirak edirik. Hər il festivalda Azərbaycan çadırı qurur, öz ölkəmizin mədəniyyətini, tarixini nümayiş etdiririk. Biz uşaqlara "Bizim davamçılarımız olacaqsınız" deyəndə sevinirlər.

- Məktəbin fəaliyyətinə Toronto Təhsil Mərkəzinin dəstəyi varmı?

- Mərkəzin rəsmi saytında xarici dillər bölməsində "Azərbaycan dili" əlavə olunub. Pandemiya dövründə Azərbaycan əlifbasını məktəbə daxil etdirdik. Əgər Xocalı soyqırımı günü şənbə gününə düşərsə, uşaqlar da, müəllimlər də məktəbə gəlmirlər.

- Dərslikləri necə əldə edirsiniz?

- Azərbaycan dili ilə bağlı dərslikləri Azərbaycandan gətirirəm. Dərslikləri kitabxanalara da mən vermişəm. Şagirdlərə təhsil mərkəzi tərəfindən dərs ləvazimatları da verilir. Bakıda olarkən dərsliklərlə bağlı dəfələrlə təhsil idarəsinə, Diasporla İş üzrə Dövlət Komitəsinə də müraciət etmişik. Amma komitədən bizə bildirildi ki, sinfi onlar açmadığından kömək edə bilməyəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Yanvar 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see180

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see172

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see135

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see134

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri